Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığı başladı

“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığı başlayaraq kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyi təklif edir. Müvafiq müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “DəmirBank” arasında imzalanıb.
 Artıq, kredit əldə etmək üçün arayışlar daha sadələşdirilmiş formada elektron şəkildə təqdim edilə bilər. Bunun üçün müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.

Müqavilə şərtlərinə əsasən vətandaşlar tərəfindən elektron arayışların formalaşması üçün bankın filiallarında xüsusi texniki imkanlar yaradılmışdır. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.
 Göndərilən arayışlar “Elektron hökümət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, Dəmirtaksit kartları və digər kredit məhsulları təqdim edilə bilər.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.