Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Son 2 gündən faydalanaraq əmanətlərinizi 17 faizədək artırın

“DəmirBank”ın “Göy” əmanət növü üzrə “Əmanətlərinizi 17%-dək artırın” aksiyasının bitməsinə son 2 gün qaldı. Bank-ın aprelin 15-dək keçirdiyi bu aksiyadan yararlanaraq  əmanətləri 17%-dək artırmaq mümkündür. Bununla yanaşı, “Göy” əmanət növü əmanətçilərə hesablanmış faizlərin hər ay əldə edə bilmə imkanı da verir.

Qeyd edək ki, istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinədək açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 %, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.