Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Əmanətləri artırmaq indi daha sərfəlidir

“DəmirBank”ın “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Göy” əmanət növü ilə əmanətləri artırmaq indi daha sərfəlidir. Belə ki, “DəmirBank”ın “Əmanətlərinizi 17 %-dək artırın” aksiyasına qatılmaqla əmanətləri 17%-dək artırmaq mümkündür. Bu əmanət növünün daha bir üstünlüyü hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. Bununla yanaşı, əmanət məbləğindən asılı olaraq “Göy” əmanət sahibinin istəyinə əsasən ona plastik kart təqdim olunur. 5000 AZN-dək pul yatıranlara Cirrus Maestro / VİSA Electron, 5000-20.000 AZN üçün MasterCard Standart / VİSA Classic, 20.000 və daha çox yatıranlara isə Master Gold / VİSA Gold kartları verilir. “Göy” əmanəti üzrə hesablanmış faizlər müştərinin istəyinə əsasən kart hesabına köçürülə bilər. Eyni zamanda, əmanətçinin istəyinə əsasən ona plastik kart ilə və ya nağd pul qismində əmanətin 80%-dək məbləğində 1 il müddətinə kredit xətti açıla bilər. Bu zaman növbəti ayın 9-u tarixənə qədər kredit borcu tam ödənilərsə, kredit xəttindən istifadəyə görə faizlər hesablanmır.

“Göy” əmanət hesabını kimlər açdıra bilər?

 “Göy” əmanət hesabını istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

Əmanət nə zaman vaxtından öncə çıxarıla bilər?

Müştəri əmanətini vaxtından öncə çıxartmaq istədikdə bu zaman Bank əmanətin müddəti bitməmiş maksimum 5 iş günü ərzində əmanətçiyı məbləğin hamısını qaytarır.

Qeyd edək ki, “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.