Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırdı

“DəmirBank” “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb. Belə ki, “Göy” əmanət növünün illik faiz dərəcəsi  17% -dək, “Qırmızı” əmanət növünün illik faiz dərəcəsi 14 % -dək, “Sarı” əmanət növünün illik faiz dərəcəsi 11%-dək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə  12 %-dəkartırılıb.

Qeyd edək ki,  istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy”, “Qırmızı” və “Uşaq” əmanət hesabları açdıra bilər. “Sarı” əmanət hesabı açdırmaq üçün isə minimum 500 AZN ilkin mədaxil edilməlidir. “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərini manatla yanaşı, ABŞ dolları valyutasında dayerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.