Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“Fitch Ratings” “DəmirBank”ın reytinqini stabil qiymətləndirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “DəmirBank”ın reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” olaraq təsdiq edib.

“Fitch Ratings” agentliyinin rəyinə əsasən, “DəmirBank”ın balansı hazırda dayanıqlıdır. Bu isə Bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması ilə bağlıdır.

“DəmirBank” həmçinin inkişaf etmiş korporativ idarəetməyə malikdir. Bankın səhmdarları sırasında isə beynəlxalq maliyyə təşkilatları təmsil olunur.

“DəmirBank”“Fitch Ratings” agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və Azərbaycanda beynəlxalq reytinq alan ilk özəl bankdır. Bununla yanaşı, Bank “Planet Rating” beynəlxalq agentliyinin də “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Əlavə məlumat: 

(012) 149

 http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.