Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” əmanətlərinin illik faiz dərəcələrini artırdı

“DəmirBank” “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin illik faiz dərəcələrini artırıb. Belə ki, hazırda Göy əmanət üzrə illik faiz dərəcələri Azərbaycan valyutası ilə 13.5 %, ABŞ valyutası ilə isə 12.5% təşkil edir. Qırmızı əmanət növü üzrə də illik faiz dərəcələri artırılaraqAzərbaycan valyutası ilə 11 %, ABŞ valyutası ilə isə 10 % olub.

Qeyd edək ki, istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy” və “Qırmızı”əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

Göy əmanət növünün əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır.Qırmızı əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.