Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” müştərilərinə 10 faizədək güzəştli kreditlər təklif edir

“DəmirBank” müştərilərinə 10 faizədək güzəştli kreditlər təklif edir. Belə ki, nağd pul krediti cəlb etmək istəyən müştərilər 5000 AZN-dək məbləği illik dərəcəsində on faiz bəndi qədər endirimlə əldə edəcəklər. Bununla yanaşı, “DəmirBank”ABŞ dolları valyutası ilə verilən digər kreditlərə də əlavə iki faiz bəndi qədər endirim tətbiq edir.

Bank sərfəli şərtlərlə istehlak və biznes kreditlərinin ayrılmasını da davam etdirir. Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə, mövcud istehlak kreditlərdən (“Təhsil işçilərinə kredit”, “Səhiyyə işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Dövlət işçilərinə kredit”, “Təqaüdçülərə kredit”, “Qızılla kredit”, “Məişət texnikası krediti”, “Təmir krediti”) yararlanmaq mümkündür. Bununla yanaşı, “DəmirBank” sahibkarlığın inkişafı üçün də uyğun şərtlərlə biznes kreditləri təklif edir. Onların şərtlərinə əsasən isə minimum 12 ay sabit biznes fəaliyyəti olan, istehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər biznes kreditlərindən faydalana bilərlər. Kredit məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Xatırladaq ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təsisatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Daha ətraflı məlumat üçün (012) 149 telefon mərkəzinə, www.demirbank.az və yaxud Bankın “Facebook” sosisl şəbəkəsindəki - www.facebook.com/demirbank.azrəsmi səhifəyə müraciət edin.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.