Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edib

“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir. Belə ki, tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.

Tenderdə iştirak üçün aşağıdakı sənədlər martın 16–sı saat 18:00-a qədər poçt vasitəsi ilə və ya şəxsən “DəmirBank”-ın Baş ofisinə (Qarabağ küçəsi, 31) təqdim edilməlidir:

  • Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
  • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;
  • Ərizə, tender təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • İştirakçının potensial imkanlarının olması haqqında məlumat (Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar);
  • Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub - olmaması haqqında arayış;
  • Tender təklifi- iki nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı ilə birlikdə ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə.

Tender iştirak formasını www.demirbank.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, iştirakçıların tender zərfləri “DəmirBank” ın Baş ofisində martın 16-sı saat 10:00-da açılacaq. İştirakçıların səlahiyyətli nümayəndələri də zərflərin açılma prosesində iştirak edə bilərlər.

İştirakçının tender təklifi tender zərflərinin açıldığı gündən ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Təkliflərin qiymətləndirilməsində isə aşağı qiymət, yüksək keyfiyyət, məhsulların vaxtında çatdırılması, xidmətlərin yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi  meyarlara üstünlük veriləcək.

Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan dilində həyata keçiriləcək.

Tenderüzrə əlaqələndirici şəxslər: Nigar Babai / Tofiq Ağayev

Telefon: 012 444 71 71 (daxili 573) / 012 444 71 71 (daxili 581)


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.