Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank”ın “Mobil danışıq kart hədiyyə” kampaniyası davam edir

“DəmirBank”ın təcili pulköçürmə xidmətləri üzrə pulköçürən və alanlara “Mobil danışıq kartı hədiyyə”  kampaniyası davamedir.

Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pulköçürənə və ya Alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobildanışıq kartı hədiyyə olunur.

Hədiyyə  kampaniyası “DəmirBank” filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili “Şimşək” sistemi üzrə isə yalnız pul göndərənə mobil rabitə ödəmə kartı hədiyyə edilir.

Qeydedək ki, “Mobil danışıq kart hədiyyə” kampaniyası aprelin 31-dək davam edəcək.

“Dəmir Bank” əhaliyə 200-dək ölkə üzrə pulköçürmə xidmətlərini təklif edir. Bank Western Union, Coinstar, Blizko, Privat Money kimi sistemləri ilə beynəlxalq, özünün Şimşək sistemi ilə isə əhaliyə ölkədaxili pulköçürmə xidmətləri göstərir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.