Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” müştərilərinə 10 faizədək güzəştli kredit təklif edir

“DəmirBank” “Güzəştli kredit” aksiyası çərçivəsində nağd pul krediti götürmək istəyən müştərilərinə 10 faizədək güzəştli kredit təklif edir. Belə ki, aksiyanın şərtlərinə görə müştərilər5000 AZN-dək nağd pul kreditini illik faiz dərəcəsində 10 faizədək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, askiyada DəmirTaksit kartı müştərilərəpulsuztəqdim edilir. Qeyd edək ki, “Güzəştli kredit”aksiyası martın 31-dək davam edəcək.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Daha ətraflı məlumat: (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.