Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirTaksit” kart istifadəçiləri Türkiyəyə səyahət paketi ilə mükafatlandırılıb

“DəmirBank” “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan “DəmirTaksit” kart istifadəçilərini Türkiyəyə səyahət paketi ilə mükafatlandırıb. Bununla yanaşı, Bank “Xallar” askiyasında fəal iştirak edən digər müştərilərinənotebook (Toshiba), planşet (Samsung Tab 3) və  mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr  təqdim edib.

Qeyd edək ki, 1-27 dekabr 2014-cu il tarixində “DəmirTaksit” kartı üzrə keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub.

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Daha ətraflı məlumat:

(012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.