Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

Rəhbərlik

r.hajievRəhman Hacıyev

Müşahidə Şurasının Sədri
7 fevral 1955-ci ildə anadan olmuşdur.
1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. 1977-ci ildən bank sistemində işləyir.
1989-cu ildə DəmirBank-ı təsis etmişdir. 1994-cü ilədək DəmirBank-da İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır. 1994-cü ildən DəmirBank-ın Müşahidə Şurasının Sədridir.
Ailəlidir, üç övladı var.


 

t.q.Tofiq Qənbərov

Müşahidə Şurasının üzvü
26 aprel 1955-ci ildə anadan olmuşdur.
1976-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
2002-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidmətinin aparıcı iqtisadçı vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.


 

 

irakli_managadzeİrakli Manaqadze

Müşahidə Şurasının üzvü
27 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat və İctimai Coğrafiya fakultəsini bitirmişdir. 2004-cü ildə Amerika Ticarət Palatası tərəfindən “Ölkənin Biznes, İctimai və İdarəetmə Sektorunu dəyişdirən Hökumət və Qeyri-hökumət Başçıları” ənənəvi mükafata layiq görülmüşdür. 2005-ci ilə qədər Gürcüstan Milli Bankının Prezidenti və Sədri vəzifəsində çalışmışdır. 2005-ci ildən Londonda Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə müəssisələri siyasəti üzrə baş müşavir vəzifəsində çalışır.

 


 
d.s.Dik Snayders

Müşahidə Şurasının üzvü
24 oktyabr 1941-ci ildə anadan olmuşdur.
1970-ci ildə Niderland Dövlət Nəqliyyat İnstitutunu bitirmişdir.
Əvvəllər FMO-nun Müşahidə Şurasının Sədri vəzifəsində çalışmışdır.
Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.

 

 

 

GeigerKurt Qeiqer

Müşahidə Şurasının üzvü. 17 mart 1946-cı ildə anadan olmuşdur.
1966-cı ildə İnsburq Universitetinə daxil olub və sonda Hüquq elmləri doktoru elmi dərəcəsini almışdır.
1971-ci ildə Avropa Kollecinə daxil olmaqla Beynəlxalq Maliyyə üzrə magistr dərəcəyə layiq görülmüşdür. Alman, İngilis, İspan, Fransız dillərdə sərbəst danışır. Çeyz Manhetten, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışıb. 2009-cu ildən DəmirBank-ın Müşahidə Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.

 

 


r.amirjanovRoman Əmircanov

İdarə Heyətinin Sədri
2 oktyabr 1963-cü ildə anadan olmuşdur.
1985-ci ildə Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Statistika fakültəsini bitirmişdir.
1986-cı ildən bank sistemində işləyir.
1991-cı ildən DəmirBank-da İdarə Heyəti Sədrinin müavini təyin edilmişdir.
1994-cü ildən DəmirBank-ın İdarə Heyətinin Sədridir.
Ailəlidir, iki övladı var.

 


 
m.shikhalievMərdan Şıxəliyev

İdarə Heyəti Sədrinin 1-ci müavini, İH Üzvü
16 fevral 1960-cı ildə anadan olmuşdur.
1982-ci ildə Xarkov Mühəndislər institutunun mühəndis-iqtisadçı fakültəsini bitirmişdir.
1993-cü ildən bank sistemində işləyir.
1996-cı ildən DəmirBank-da aparıcı iqtisadçı, Əməliyyat İdarəsi filialının müdiri, Maliyyə-Kredit departamentinin müdiri vəzifələrində çalışmışdır.
2004-cü ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin 1-ci Müavinidir.
Ailəlidir, iki övladı var.
 


o.aliyevOktay Əliyev

İdarə Heyəti Sədrinin müavini, İH Üzvü
23 sentyabr 1955-ci ildə anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1992-ci ildən bank sistemində işləyir.
1992-ci ildə DəmirBank-ın Hüquq şöbəsinin müdiri təyin edilmişdir.
1994-cü ildən Bankın İdarə Heyəti Sədrinin Müavinidir.
Ailəlidir, bir övladı var.
 

 


y.cabbarovYusif Cabbarov

İdarə Heyəti Sədrinin müavini, İH Üzvü
15 dekabr 1981-ci ildə anadan olmuşdur.
2002-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirmişdir.
2001-ci ildən bank sistemində işləyir.
2001 - 2006-cı illərdə Azərbaycan Milli Bankında iqtisadçı, aparıcı iqtisadçı, Xarici Nəzarət şöbəsinin rəisi və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru vəzifəsində işləmişdir.
2007-ci ildə Böyük Britaniyanın Birmingem Biznes Məktəbini bitirmişdir, “Bank işi və beynəlxalq maliyyə” fakültəsi, MBA dərəcəsi. 2007-ci ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin Müavinidir. 2012-ci ildə, Harvard Biznes Məktəbində PLD proqramını tamamlamışdır.
Ailəlidir, iki övladı var.
 
r.akhundovRauf Axundov

İdarə Heyəti Sədrinin müavini, İH Üzvü
27 iyun 1975-ci ildə anadan olmuşdur.
1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirmişdir.
1998-ci ildən bank sistemində işləyir.
2007 - 2009-cu illərdə Kredit Departamentinin direktoru vəzifəsində işləmişdir.
2009-cu ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin Müavinidir.
Ailəlidir, iki övladı var.

 

 

Fərid Abuşov

31 oktyabr 1981-ci ildə anadan olmuşdur.
2007-ci ildən DəmirBank-da çalışır. O, ilk əvvəl Strateji İnvestorlar və Layihələr şöbəsinin müdiri vəzifəsində, müxtəlif illərdə isə Xəzinədarlıq Departamentinin direktor müavini və sonradan direktoru vəzifələrində çalışıb. 2009-cu ildə DəmirBank-da Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə təyin olunub. Böyük Britaniyanın University College London universitetin İqtisadiyyat fakültəsinin Magistrı və Royal Holloway universitetinin Iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda fəaliyyətini DəmirBank-da İcraçı Direktor vəzifəsində davam etdirir.
Ailəlidir, bir övladı var.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.