Şirkətlər > Banklar və sığorta > Banklar
 

Dəmirbank

az | ru
 
 
 
 

“DəmirBank” həm peşəkar iş yeri, həm də kareyara yüksəlişi təklif edir

İşəqəbul zamanı diqqət yetirilən ən önəmli prinsiplər şəfafflıq və obyektivlikdir. “DəmirBank”da da işəqəbul siyasətinin əsasını şəffaflıq və obyektivlik prinsipləri təşkil edir. Namizədlərin seçimi üzrə strategiya isə istedadlı, əzmkar, savadlı gənclərlə və peşəkar mütəxəssislərlə əməkdaşlığa əsaslanır. “DəmirBank”ın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallının sözlərinə görə “DəmirBank” ailəsinə yeni daxil olan işçilərdə ilk növbədə  təşəbbüskarlıq, yaradıcılıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlər yüksək olmalıdır: “Hər zaman işçilərin inkişafa dair ehtiyacları öyrənilir, həmin ehtiyacları qarşılamaq məqsədilə təhsillərini artırmalarına qayğı göstərilir. Bununla yanaşı, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə də fəal işlər həyata keçirilir. Əməkdaşlarımızı hər zaman məmnun etmək bizim əsas hədəflərimizdən biridir.”

“DəmirBank” çalışanlarının bilik və bacarıqlarının yüksəldilməsinin yönündə müəyyən tədbirlər gerçəkləşdirməklə yanaşı, onların iş fəaliyyətinin qiymətləmdirilməsini də həyata keçirir. Belə ki, Bankda beynəlxalq təcrübəyə əsaslanan “İş Fəaliyyətinin İdarə Edilməsi” sisteminin əsası qoyulmuş, bununla da Bankın ümümi biznes hədəflərinin fərdi işçi hədəflərinə endirilməsini təmin edən bir sistem yaradılmışdır. Bu sistemdə həm fərdi işçi səviyyəsində, həm də bütövlükdə Bank miqyasında fəaliyyəti təkmilləşdirmək üçün əhəmiyyətli imkanlar mövcuddur.

“DəmirBank”da görülən işlərin qiymətləndirilməsi əsasında müəyyən mükafatlandırma tədbirləri də həyata keçirilir. “DəmirBank”ın mükafatlandırma siyasətinin əsas hədəfi əməkdaşlarının banka bağlılığının artırılmasına və hər bir əməkdaşına fərdi yanaşaraq onların ehtiyaclarının qarşılanmasına istiqamətlənmişdir. Bu yöndə də tədbirlər İnsan Ressursları departamentinin “Mükafatlar və motivasiya tədbirlər şöbəsi” tərəfindən gerçəkləşdirilir. Belə ki, bankda kompensasiya və mükafatlar proqramı tətbiq edilir, əməkdaşlara sığorta təminatı, xüsusi kredit güzəştləri, vəzifə icrasının göstəricilərinə əsasən əmək haqqıdan əlavə bonus ödənişləri həyata keçirilir” – İlkin  Zeynallı belə deyib.

Qeyd edək ki, “DəmirBank”ın maddi mükafatlandırma üzrə strategiyası onun məvacib strukturunda əks etdirilib ki, bu da öz növbəsində bir neçə dərəcədən və hər bir dərəcəyə təyin edilmiş əmək haqqı hədlərindən ibarətdir. Bu sistemin əsas hədəfi məvacib səviyyələrinin daxildə obyektiv, xaricdə isə rəqabətli olmasını təmin edən əmək haqqı strukturlarını inkişaf etdirmək məqsədi ilə sistematik üsullar tətbiq edilməsindən ibarətdir.

“DəmirBank” ailəsinə qoşulmaq istəyənlərə isə İnsan Resursları Departamentinin direktoru bunları tövsiyyə edib: “Biz “DəmirBank” ailəsi olaraq potensial namizədlərə Bankın mehriban kollektivinə və dinamik korporativ həyatına qoşulmağı təklif  edirik. Korporativ ailəmizin bir üzvü olmaq istəyən hər bir şəxsə cari vakansiyalarımız haqqında məlumat almaq üçün bankımızın internet səhifəsinin (www.demirbank.az) müvafiq bölməsində və kütləvi informasiya vasitələrində verilən iş elanlarını izləməyi və uyğun vakansiyalar üzrə müraciət etməyi tövsiyyə edirik. Biz əməkdaşlarımıza sadəcə maraqlı və gəlirli iş yeri deyil, peşəkar inkişaf və karyera irəliləyişi imkanı da qazandırırıq.”


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.