Şirkətlər > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

Xidmətlər


1992-ci il – Bakı şəhərində mülki və vergi hüququ üzrə məsləhət xidmətləri göstərən "MiniMax Consulting" Şirkətinin yaradılması. 01.05.2000-ci il tarixinə qədər Şirkət Azərbaycan və rus dillərində 500-dən artıq məlumat soraqçası və milli qanunvericilik üzrə bülletenlər nəşr edib. Şirkət 1991-ci ildə, müstəqilliyimiz bərpa edildiyi ilk günlərdən Azərbaycan Respublikasında qəbul edilən bütün qanunvericilik və normativ aktlar haqqında geniş kitabxanaya malikdir.

1995-ci il – poliqrafiya işləri üçün dizayner xidmətləri göstərən "МiniMax Design" yaradılması.

1996-cı il - "Consulting & Business" jurnalının nəşri. Bu, Azərbaycanda özəl sahibkarlığın inkişafını, iqtisadiyyat və hüquq məsələlərini işıqlandıran işgüzar jurnaldır. Aylıq informasiya-analitik nəşr kimi o siyasətçilərin, alimlərin, menecerlərin və Azərbaycanın bütün işgüzar adamlarının ən populyar jurnalı oldu.

1997-ci il – “Azərbaycan. Kim kimdir” ensiklopedik soraqçasının ilk nəşri üzərində işin başlanması. Bu nadir, ölkədə analoqu olmayan nəşrə dövlət hakimiyyət orqanları nümayəndələri, elm, incəsənəət, təhsil və səhiyyə, biznes xadimləri haqqında məlumat daxildir. Azərbaycan, ingilis və rus dillərində çap olunur.

1998-ci il – Aznet-də Azərbaycan qanunvericiliyinə həsr olunmuş ilk informasiya portalı - "Consulting.az" informasiya-axtarış sistemi yaradıldı. İstifadəçilər məlumatın dolğunluğunu, sənədlərin axtarışının rahatlığını, məlumatın sürətini və yenilənmənin operativliyini yüksək qiymətləndirdilər. www.zakon.az – Azərbaycan qanunvericiliyi haqda tam və bitkin məlumatın ünvanıdır.

1999-cu il  - “Stil” jurnalının ilk sayı işıq üzü gördü. Əla poliqrafiyalı, rəngarəng illüsrasiyalı, Azərbaycanın mədəni həyatını işıqlandıran “Stil” jurnalı nəşrə başladıqdan bir neçə ay sonra, oxucuların rəğbətini qazandı.

2000-ci il -  “Mühasibat uçotu” ixtisaslaşmış jurnalının nəşri başlandı. Jurnalda dərc olunan materiallar bütün maliyyə işçilərinin böyük marağına səbəb oldu. Jurnal iki dildə (Azərbaycan və rus dillərində) dərc olunur. İldə 24 nömrə buraxılır.

2003-cü il – “Eksklüziv” jurnalının ilk sayı işıq üzü gördü. Jurnalın missiyası ölkə iqtisadiyyatının tikinti sektoruna dəstək olmaq, oxuculara faydalı, oxunaqlı olmaqdır. Jurnal Azərbaycanın aparıcı memarlarının, məşhur dizaynerlərin, konstruktorların, tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə nəşr olunur.

2003-cu il – Peşəkar həkimlər, jurnalistlər, hüquqşünaslar tərəfindən hazırlanan və nəşr edilən “Konsilium” jurnalı dərc olunmağa başlayır. Jurnalın məqsədi – hər insana öz sağlamlığına qarşı məsuliyyətli münasibət göstərməyi aşılamaq, sağlam həyat tərzini təbliğ etmək, xəstəliklərin gedişatı və müalicə üsulları haqqında məlumat vermək, həmçinin peşəkar tibb işçilərini yeni dərman maddələri, uşaq qidası, diaqnostika aparatları, müasir müayinə və müalicə üsulları, tibb müəssisələri ilə tanış etməkdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.