Biznes kataloqu > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

Mükafatlar və layihələr

İqtisadiyyat və biznes sahəsində “UĞUR” Milli Mükafatı

"UĞUR" Milli Mükafatı “Consulting&Business” jurnalı tərəfindən 2000-ci ildə təsis edilib. 2005-ci ildə 100-cü sayı işıq üzü görən “Consulting&Business” işgüzar jurnalı 1996-cı ildən nəşr olunur.

“Consulting&Business” işgüzar informasiya-analitik dərgisi olaraq, Azərbaycanın işgüzar dairələrinə öz məlumat strategiyası ilə dəstək verir ki, bu da ölkənin biznes elitası tərəfindən yüksək qiymətləndirilir.  Azərbaycanın  iş adamları “Consulting&Business” jurnalını haqlı olaraq öz nəşrləri hesab edirlər. Məhz buna görə də Azərbaycanda birinci dəfə iqdisadiyyat və biznes sahəsində əldə olunan nailiyyətlərə görə təsis edilmiş “UĞUR” Milli Mükafatı ölkənin iş adamları tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Mükafatın vəzifələri

Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən "UĞUR" Milli Mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yaxşılaşmasına görə verilən ilk mükafatdır.

"UĞUR" Milli Mükafatının təsis edilməsinin səbəbi aşağıdakılardır:

  • ictimaiyyət, biznes və hökumət arasında vəhdətin əldə olunmasına dəstək ;
  • ölkənin inkişafına əhəmiyətli dərəcədə təsir göstərən şəxslərə diqqətin cəlb edilməsi;
  • ictimai barışıq mühitinin yaradılması və Azərbaycanın mənafeyinə yönəlmiş fəaliyyətin təşviqi;
  • Azərbaycanın elm, iqtisadiyyat, mədəniyyət sahələrindəki nailiyyətlərinin ümumdünya inkişaf prosesinə inteqrasiyasına dəstək vermək.

"İlin şirkəti" Milli Mükafatı

Mükafatın təşkilatçısı: “CONSULTING & BUSINESS” JURNALI

Layihənin məqsədi: iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, Azərbaycan biznesinin müsbət imicinin yaradılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaratmış şirkətlərin mükafatlandırılması.

Layihə üzrə tapşırıqlar:

  • Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığının artırılması;
  • milli biznesin müsbət imicinin yaradılması;
  • ictimaiyyətin və dünya biznes cəmiyyətinin diqqətinin fəaliyyətləri beynəlxalq standartlara cavab verən aparıcı yerli şirkətlərə yönəldilməsi.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.