Biznes kataloqu > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

“İlin Şirkəti” Milli Mükafatının laureatları bəlli oldu

2013-cü ilin yekunları üzrə “İlin şirkəti” Milli mükafatı laureatlarının adları yanvarın 15-də “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli mərasimdə açıqlandı.

Bu yüksək mükafata Azərbaycan iqtisadiyyatının və biznesinin müxtəlif sahələrindəki uğurlarla çalışan 27 şirkət və icra hakimiyyətinin 1 regional təsisatı layiq görüldü. "İlin şirkəti–2013"-ün laureatları arasında nüfuzlu maliyyə qurumları, iri sənaye şirkətləri ilə yanaşı, inkişaf etməkdə olan, kiçik və orta biznesin təmsilçiləri də var. Mükafatın laureatları yüksək rentabelliyinə, bazarda dayanaqlı mövqeyə, maliyyə şəffaflığına, beynəlxalq standartlarına uyğun informasiya açıqlığına görə fərqlənən şirkət və qurumlardır.

“İlin şirkəti” mərasimini açan mükafatın təsisçisi İbrahim Baharov xüsusi olaraq qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi 2013-cü ilin yekünlarına görə qaliblərin müəyyənləşdirilməsi ciddi qaydalara və ənənlərə tam uyğun aparılıb. “Mən inanıram ki, biz doğru seçim etmişik. Təltif edilən şirkətlərin hamısı əhəmiyyətli dərəcədə təkmilləşmiş, öz sahələrində lider olmaqla digərləri üçün bir nümunədirlər”, deyə o vurğuladı. İ.Baharovun sözlərinə görə, 2013-cü ildə qalib gələn şirkətlərin böyük bir qismi ölkənin qeyri-neft sektorunun təmsil edirlər, bu isə milli iqtisadiyyatın hərtərəfli inkişaf etdiyinə əyani sübutdur. “Laureatlarımızın uğurları bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatı düzgün istiqamətdə daima inkişaf edir”, - deyə İ.Baharov fikrini tamamladı.

Xatırladaq ki, “İlin Şirkəti” mükafatı 2000-ci ildə nüfuzlu işgüzar jurnal – “Consulting&Business” tərəfindən təsis edilib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.