Biznes kataloqu > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

«UĞUR 2011» mükafatının sahibləri bəlli oldu

Dünən Jumeirah Bilgah Beach Hotel mehmanxanasında, iqtisadiyyat və biznes sahələrində illik milli mükafatın – UĞUR mükafatının təqdimat mərasimi keçirildi.

2011-ci ilin yekunlarına görə bu mükafatın laureatları 30 yerli və xarici şirkət oldu. Mükafatın müxtəlif nominasiyalarında, milli iqtisadiyyatın inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan şirkətlər qeyd olundu.

Mükafatın təşkilat komitəsinin sədri İbrahim Baharov təqdimat mərasimində çıxış edərək dedi: “Mükafatın laureatları ictimaiyyətdə nüfuz və inam qazanmış şirkətlərdir. Onlar uzun illər boyu uğurla fəaliyyət göstərərək öz sahələrində lider olduqlarını sübut ediblər. Biz onların uğur və nailiyyətlərini öz qələbəmiz hesab edirik”. 

«UĞUR 2011» milli mükafatının sahiblərinin siyahısı

Ibrahim Ibrahimov İlin iş adamı
Azercell Telekom Telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə görə
Khazar Islands İlin layihəsi
Azercell Telekom 3G texnologiyalarının uğurlu tətbiqinə görə
SOCAR Obyektiv, şəffaf işə qəbul prinsiplərinin tətbiqinə və təqaüd proqramlarının təşkilinə görə
Аzvirt MMC Yol inşaatı və infrastrukturunun inkişafına verdiyi töhfəyə görə
Yevgeniy Jidkov

İlin top-meneceri

Neftqaztikinti Tresti Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neft-qaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə
Aqrolizinq Kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə
Kənan İnşaat və Ticarət Mülki və sənaye obyektlərinin inşasında əldə olunan nailiyyətlərə görə
Caspian Fish Co. Azerbaijan Nərə cinsli balıqların qorunması və artırılması unikal layihəsinin icrasına görə
Glass House Şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə
Jumeirah Bilgah Beach Hotel Dəbdəbəli şəhər kurortu
Cahan Holding

İlin brendi. Çay məhsulları

Qızıl Quyu Ayan MMC İlin milli brendi
FOREX CLUB Yeni maliyyə xidmətlərinin tətbiqində lider
ATLANT   Turizmin inkişafına verdiyi töhfəyə görə
AIRMED İctimai və sosial sferada aktiv fəaliyyətə görə
Eurolux intl Co LTD Məişət texnikasının satışında əldə olunan nailiyyətlərə görə
Teka   Mətbəx avadanlıqları sahəsinin inkişafında əldə olunan nailiyyətlərə görə
Araz Teleradio   FM radiostansiyasının yaradılmasında əldə olunan nailiyyətlərə görə
Diaqnoz Тibb Mərkəzi Tibb xidmətlərin göstərilməsində mühüm nailiyyətlərə görə
Today.Az Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliğinə verdiyi töhfəyə görə
Karolina Valiant Xəz-dəri məmulatlarının satışında əldə olunan nailiyyətlərə görə
Finre Consulting

Konsaltinq sahəsində əldə olunan nailiyyətlərə görə

Mən Azərbaycanlıyam televiziya layihəsi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliğinə verdiyi töhfəyə görə
Real Təmizlik Xidmət sektorunda yüksək keyfiyyət
Baku Outlet Park İnnovativ biznes layihəsi. Ticarət
Swiss House İlin brendi
City Vision Biznesin inkişafı. LED monitorlar

Xatırladaq ki, «UĞUR» milli mükafatı 2000-ci ildə Consulting & Business jurnalı tərəfindən təsis olunub. Mükafatın əsas məqsədi yüksək effektivlik, sabit inkişaf və sosial məsuliyyət amillərini özündə birləşdirən şirkətlərin nailiyyətlərini qeyd etməkdən ibarətdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.