Biznes kataloqu > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

UĞUR mükafatının təqdimetmə mərasimi keçiriləcək

Aprelin 24-də Jumeirah Bilgah Beach Hotel mehmanxanasında UĞUR mükafatının illik təltifat mərasimi keçiriləcək. Bu il həmin mükafatın laureatları, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən 30 şirkət və brend olacaq. Mükafatın müxtəlif nominasiyalarında, milli biznesin yeni simasını formalaşdıran şirkətlər qeyd olunacaq.   

Qeyd edək ki, «UĞUR» milli mükafatı 2000-ci ildə Consulting & Business jurnalı tərəfindən təsis olunub. UĞUR – Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis olunan və milli iqtisadiyyatın möhkəmləndirilməsində və inkişafında, yeni iş yerlərinin yaradılmasında və bununla da hər bir ailənin rifah halının yaxşılaşdırılmasında iştirakına görə biznesmenlərə, dövlət və ictimai xadimlərə verilən ilk mükafatdır.
Bu mükafat, Azərbaycanda biznesin möhkəmləndirilməsinə və inkişafına, iqtisadiyyata investisiyaların yatırılmasına, laureat şirkətlərin nüfuzunun və rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək etmək məqsədi daşıyır.  
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.