Şirkətlər > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

"İlin Şirkəti" Milli mükafatının təqdimetmə mərasimi keçiriləcək

2011-ci il oktyabrın 28-də nüfuzlu “İlin Şirkəti” («Company of the Year») Milli mükafatının 6-cı təqdimetmə mərasimi keçiriləcək.  

Mükafatın təqdim olunmasında məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, Azərbaycan biznesinin müsbət nüfuzunun formalaşdırılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifah halının yüksəldilməsinə kömək edən şirkətlərin mükafatlandırılmasıdır.  

Bu nüfuzlu mükafatın təqdim olunması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, ictimaiyyətin və dünya biznes cəmiyyətinin diqqətinin, beynəlxalq standartlara müvafiq surətdə fəaliyyət göstərən aparıcı yerli şirkətlərə cəlb olunmasına şərait yaradır.  

Bu ictimai aksiyanın, öz səciyyəsinə və onun həyata keçirilməsi üçün cəlb edilən resursların səviyyəsinə görə Azərbaycanda əvəzi yoxdur. O, təkcə ölkənin işgüzar mətbuatı üçün deyil, həm də əcnəbi kütləvi informasiya vasitələri üçün maraq kəsb edir.   

“İlin Şirkəti” Milli mükafatının ilk təqdimetmə mərasimi 2006-cı ildə keçirilib. Ötən müddət ərzində bu mükafat, ən yaxşı şirkətləri nümunə göstərməklə bərabər, həm də Azərbaycan biznesi üçün yeni imic yaradan və ölkədə işgüzar etikanın yeni standartlarını irəli sürən ictimai institut kimi özünü sübut edib.   

“İlin şirkəti” mükafatının təsisçisi,  MiniMax Media Holding tərəfindən nəşr olunan aylıq Consulting&Business işgüzar jurnalıdır.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.