Şirkətlər > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

Onda da, indi də “C&B” mənim üçün Azərbaycanda işgüzar fəallıq haqqında faydalı məlumat mənbəyidir

“Consulting&Business” jurnalının təsisçisi İbrahim Baharovun day.az portalına müsahibəsi (07.01.2010-cu il)

2009-cu ilin dekabrın əvvəllərində Azərbaycanın aparıcı işgüzar nəşri olan “Consultıng&Business” jurnalının 150-ci yubiley nömrəsi çapdan çıxdı. Jurnal artıq 13 ildir ki, nəşr olunur və biznesmenlər, iqtisadçılar, top-menecerlər və bütövlükdə ölkənin işgüzar icmasının nümayəndələri arasında böyük müvəffəqiyyət qazanıb.

1996-cı ildə Azərbaycanda iqtisadi çap məmulatları sahəsində birinci olan “Consulting&Business” jurnalının təsisçisi İbrahim Baharovla müsahibə.

- Təsisçi kimi deyil, işgüzar insan – jurnalın oxucusu kimi “Consultıng&Business” jurnalını xarakterizə edin.

- Əslində təhsilimə görə mən idarəedici, iqtisadçıyam. İşgüzar jurnal nəşr etdirmək ideyası məndə 13 il əvvəl yarandı, o dövrdə bazarda Azərbaycanın biznes vəziyyətini əks etdirən maraqlı analitik və məlumat xarakterli nəşrlər yox idi. Əsası isə Azərbaycanda işgüzar insanlar, o cümlədən özüm üçün oxumağa işgüzar jurnal yox idi. Onda da, indi də “C&B” mənim üçün – ilk növbədə, Azərbaycanın işgüzar fəaliyyəti haqqında faydalı məlumat mənbəyidir.

Jurnal adına tam uyğundur – “Consultıng&Business”. Burada idarəetmə, marketinq, insan ehtiyatları nöqteyi-nəzərindən mühüm və faydalı məlumatlar dərc olunur. Tək Azərbaycana deyil, onun digər olkələrlə qarşılıqlı münasibətlərinə, dövlətimizin iqtisadi və siyasi həyatına təsir görtərən dünyəvi hadisələri, aparıcı dünya şirkətlərində işlərin vəziyyəti və s... aid məlumatı tapmaq mümkündür.

Jurnalda mütəmadi olaraq bazarların vəziyyəti qiymətləndirilir, ölkə və dünya iqtisadiyyatının müxtəlif sahələrində monitorinq aparılır, dəqiq və kifayət qədər müfəssəl məlumat verilir. Yəni, “Consultıng&Business” özünün informasiya-analitik siyasəti ilə ölkəmizdə hansı yerlərin hələ boş qaldığı barədə düşünməyə vadar edir və biznesin gələcək inkişafını planlaşdırmaqda kömək edir.

Demək olar ki, bu jurnal Azərbaycanın işgüzar adamlarının məsləhətçisi, tərəfdaşı oldu. Bir oxucu kimi “С&В” jurnalında məni 2 məqam - kifayət qədər məlumatlılıq və savadlı analitika cəlb edir.

- Sizcə, işgüzar nəşrin nüfuzluluğu necə müəyyən edilir?

- İşgüzar nəşrin nüfuzluluğu – ilk növbədə, onun intellektuallığıdır. Jurnalı səhifələmək və məlumatın tərkibinə, jurnalın ekspertlərinə, məqalə müəlliflərinə diqqət yetirmək kifayətdir ki, bu nəşrin nüfuzlu olub-olmadığını və ya özünü elə göstərdiyini anlayasan.

Universal insanlar yoxdur və dünya təcrübəsi göstərir ki, universallaşma – o qədər də yaxşı üsul deyil. Ona görə də jurnalın səhifələrində çıxış edən ekspertlər öz sahəsinin mütəxəssisləri olmalıdırlar. Həm iqtisadiyyatda, həm də hüquqşünaslıqda eyni dərəcədə yaxşı baş çıxarmaq mümkün deyil.

Biz jurnalımızın səhifələrindən çıxış edənlərə xüsusi diqqət yetiririk, dəqiq seçim aparırıq və nüfuzlu müəlliflərlə yaxşı işgüzar əlaqələr qurmağa çalışırıq.

Nüfuzlu nəşrin meyarlarından biri məsələnin vizual tərəfidir. Məlumatın əyaniləşdirilməsinin elementar, lakin heç də hamı tərəfindən riayət edilməyən qaydaları mövcuddur. Mütəxəssislərə nəşri vərəqləmək kifayətdir ki, jurnal redaktorlarının, dizaynerlərin peşəkarlıq səviyyəsini qiymətləndirsinlər.

Beləliklə, sizin sualınıza cavab verərkən, ümumiləşdirim: istənilən işgüzar nəşrin nüfuzunu ilk növbədə intellektual, sonra isə əyani tərkib hissəsi müəyyənləşdirir.

Təəssüf ki, bu gün ölkəmizdə nəşriyyat biznesinə çox bəsit, diletant yanaşma mövcuddur. “C&B”nin 13 illik tarixində mütəmadi olaraq özünü doğrultmağa çalışan və işgüzar mətbu KİV-i sahəsində bizimlə rəqabət aparmaq istəyən jurnallar yaranırdı. Lakin onların kədərli təcrübəsi göstərir ki, həm maliyyə, həm də intellektual baxımdan minimum sərmayələrlə bu bazara çıxmaq mümkün deyil.

Məsələn, siz restorana gəlmisiniz; onun interyeri, xidmət, mətbəxi sizin xoşunuza gəlir; siz görürsünüz ki, restoranda çoxlu müştəri var və anlayırsınız ki, o yaxşı gəlir gətirir. Düşünə bilərsiniz: “Bəlkə mən də belə restoran açım?” Lakin uğurlu restoran biznesi, digər biznes sahələri kimi, əməklə peşəkar hasilinin nəticəsidir. O, bilik, güc, iri sərmayələr tələb edir, öz sirləri mövcuddur – bütün bunlar “aysberqin görünməyən tərəfidir”. Məhz yaxşı biznes yaradarkən, siz onun o qədər də asan olmadığını anlayırsınız.

Nəşriyyat biznesində olduğu kimi. İlk və olduqca səhv baxışla, 5-6 kompyuter almaq olar, onların qiyməti  bu günkü İT-texnologiyaların inkişafı ilə bağlı o qədər də baha deyil, sonra isə yeni çap nəşrinin açılışı haqqında bəyan edə bilərsiniz. Belə diletant yanaşma bir çox insanları çaşdırır.

Əsas problem ondadır ki, hələ heç kəs bu yerə nə isə bir yenilik gətirməyə cəhd göstərmir. “С&В” jurnalı həqiqətən də Azərbaycanın işgüzar dövri mətbuatında yeni sözünü dedi. Biz birinci olaraq, analitik məqalələr çap etməyə başladıq, ilk dəfə bank və sığorta sektorlarının maliyyə icmalını hazırladıq, hamıdan öncə bazarların mütəmadi monitorinqlərini keçirməyə başladıq, renkinqlər tərtib etdik.

Bazarda tez-tez rast gəldiyimiz kimi, bizdən sonra, yalnız sadəcə köçürmələr idi. Səhifələmə üslübünün, rəng həllinin, kontent tərkibinin və hətta “söz oyununun” təkrarlama cəhdi – bizim jurnalın adı üzərində özünə ad qazandırmaq cəhdidir. Biz özlərini işgüzar dövri mətbuat kimi göstərməyə cəhd edən, müxtəlif Azərbaycan layihələrində indiyə qədər “business” sözünün amansızcasına istismarını müşahidə edirik. Təəssüf ki, bazarda belə nəşrlərin mövcudluğunu qeyd etməyə məcburam.

Bu yaradıcı başlanğıcı olmayan qeyri-sağlam rəqabətdir. Əgər siz bazarda öz yerinizi tutmaq istəyirsinizsə - onda nə isə özünüzünkünü daxil edin, öz yerinizi tutun, artıq tanınmış, ad qazanmış layihəni təkrarlamaq kimi zəif cəhdlər göstərməyin. Axı saxta heç vaxt orijinalla müqayisə oluna bilməz.

Burada, bir mənalı olaraq, biznesdə fəaliyyət göstərən insanların ehtiyatları, təcrübəsi və peşəkarlığı mühüm rol oynayır. Təəssüf ki, mən hələ bu sahədə jurnalımızın layiqli rəqiblərinin adlarını çəkə bilmirəm. Ona görə “təəssüf ki” deyirəm ki, sağlam rəqabət – bu çox maraqlıdır. Jurnalımızın əməkdaşlarının, hətta mənim özümün də, inkişafı və stimulyasiyası məqsədilə insanları məhsulumuzun keyfiyyətini yüksəltməyə həvəsləndirən sağlam rəqabət mühiti yaransın. Axı kamilliyin hüdudu yoxdur. Jurnal nəşri – yaradıcı prosesdir. Bizneslə yaradıcılığın sintezidir. Təkmilləşmək, təkmilləşmək və yenə də təkmilləşmək mümkündür.

- “C&B” jurnalı – iqtisadiyyat və biznes sahəsində iki Milli Mükafatın – “UĞUR” və “İlin şirkəti” mükafatlarının təsisçisidir. Hər iki mükafat işgüzar insanlara və şirkətlərə görkəmli müvəffəqiyyətlərə görə verilir. Nominantların və mükafatların laureatlarının seçimi necə baş verir?

- Bu bizim jurnalın nəşri üzrə işin məntiqi davamıdır, onun analitik fəaliyyətinin davamıdır. İl ərzində fasiləsiz olaraq Azərbaycan bazarlarının monitorinqi gedir. Şirkətlərin fəaliyyəti həmişə redaksiyamızın diqqət mərkəzindədir. Analitik qrup aparıcı şirkətləri Ekspert Şurasına təqdim etmək məqsədilə seçir.

İlin sonunda Ekspert Şurası analitik qrupun hazırladığı hesabatları nəzərdən keçirməyə başlayır – bu hər nominasiyada 2-3 aparıcı şirkət ola bilər – və qərar qəbul edir. Mən belə hesab edirəm ki, Azərbaycan iqtisadçılarının, analitiklərinin, öz sahələrində aparıcı mütəxəssislərinin ekspert qiymətləndirməsi ölkənin aparıcı şirkətlərinin müəyyənləşdirilməsində həlledici ola bilər.

Yeri gəlmişkən, bizim fəaliyyətimizi bu sahədə də təkrarlamaq cəhdləri mövcuddur, özü də hər hansı prosedur və adları cüzi miqdarda dəyişdirməklə. Lakin bizdə, ən azı, laureatların seçimində, bəzi yalançı mükafat təsisçilərinin bəyan etdiyi kimi, Avropa top-menecerlərinin yarısı iştirak etmir. Biz vicdanla bildiririk ki, seçimdə il ərzində şirkətlərin fəaliyyət və nailiyyətlərini, mətbuatı, tək bizim nəşri deyil, digər ehtiyatları, həmçinin şirkətlərin mətbuat üçün açıqlamalarını və hesabatlarını izləyən Azərbaycanın analitik qrupu iştirak edir.

Ötən illərin “UĞUR” və “İlin şirkəti” Milli mükafatları laureatlarının siyahısına nəzər saldıqda, əmin olursan ki, bu həqiqətən də fəaliyyətlərinə görə mükafata layiq olan ən iri, aparıcı şirkətlərdir.

- Başa çatan 2009-cu ilin Milli Mükafatlarının laureatları mükafatları maliyyə dünyası üçün o qədər də asan olmayan dövrün nəticələrinə görə alırlar. Belə şəraitdə onların uğurlarını qiymətləndirmək çətin deyilmi?

- Məncə, 2009-cu ilin nəticələrinə görə biznes sahəsində milli mükafatların təltifi – ikiqat şərəfli, təntənəli və əhəmiyyətlidir. Çünki iqtisadiyyat sürəkli inkişaf etdikdə uğur qazanmaq (məsələn, 2007-ci ilin yekunlarına üzrə Azərbaycanda ÜDM 30% artmışdır) və dünyanın qeyri-sabit maliyyə fonunda dinamik yüksəliş nümayiş etdirmək – müxtəlif şeylərdir.

- Azərbaycanın aparıcı işgüzar nəşrinin təsisçisi kimi Siz artıq nəyə nail olmusunuz və nələri planlaşdırırsınız?

- Müsahibənin əvvəlində mən jurnalımızı nüfuzlu nəşr kimi xarakterizə etdim və “С&В”nin tam cavab verdiyi nüfuzlu jurnalların meyarları haqqında danışdım. Mən məhz bu meyarlara nail ola bilmişəm.

“С&В”nin nəşri ilə bağlı qərar qəbul edərkən, mən həmişə Avropa və Amerika nəşrlərini, həmçinin bəzi Rusiya jurnallarını təhlil etməyə çalışırdım. Qeyri-sağlam rəqabət mövzusuna qayıdaraq, deyim ki, bizim rəqiblərimiz öz növbəsində bizim işlədiklərimizdən istifadə etməyə çalışırlar. “Consulting&Business”i Azərbaycanın digər nəşrləri üçün etalona, təqlid obyektinə çevirməyə nail oldum.

Biz işgüzar dövri mətbuatda öz sözümüzü demişik. “С&В” birmənalı olaraq, bu sahədə aparıcı mövqe tutur. Bu gün biz çap nəşri kimi müsbət inkişaf dinamikamızı saxlayırıq. Bizim “Konsilium” elmi-kütləvi nəşrimiz öz sahəsində güclü mövqeləri tutur, sabit oxucu auditoriyasına, uzunmüddətli tərəfdaşlara malikdir.

Bizim planlarımıza elektron ehtiyatlara böyük diqqət yetirmək də daxildir. Elektron KİV mobilliyi, məlumatın ötürülmə sürətinə görə yaxşıdır.

Digər məqsədlərə gəldikdə isə... Bilirsiniz, işgüzar insanlar planlarını qabaqcadan açıqlamırlar. Lakin, biz hələ çap KİV-i sahəsində bütün sözlərimizi deməmişik və bizim gələcəklə bağlı böyük planlarımız var.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.