Şirkətlər > Mətbuat > İşgüzar jurnallar
 

Consulting & Business

az | ru
 
 
 
 

Yaxşıların yaxşısı

28 oktyabr tarixində “Buta Palace” sarayında biznes sahəsində “Company of the Year - 2011” Milli Mükafatı laureatlarının 6-cı mükafatlandırma mərasimi keçirildi.

Bu il nüfuzlu Azərbaycan mükafatı laureatları siyahısına Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 32 şirkət daxil olub. Həmişəki kimi, “Company of the Year” Milli Mükafatı laureatlarını sahibkarlıq fəaliyyəti sahəsində görkəmli nəticələri və qüsursuz işgüzar etibarları birləşdirir.

Ənənəvi olaraq təntənəli mükafatlandırma mərasimini açan Mükafatın Təşkilat Şurasının sədri İbrahim Baharov dedi: “Biz qaliblərin obyektiv müəyyən edilməsi üsullarına sadiq qalırıq. “İlin şirkəti” Milli Mükafatını, həmişəki kimi, əhəmiyyətli və fəal inkişaf nümayiş etdirən təşkilatlar, həmçinin öz sektorunun flaqmanı olan strukturlar aldılar. Bu nüfuzlu mükafatın təqdim edilməsi Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığının yüksəlməsini, həmçinin milli biznesin müsbət imicinin yaradılmasını rəmzləşdirir. Bütün laureatları təbrik edir və onlara peşəkar fəaliyyətlərində gələcək müvəffəqiyyətlər arzu edirəm”, - İ.Baharov dedi.

Giriş hissəsindən sonra, ölkənin biznes elitasını təmsil edən 200-ə yaxın qonağın və kütləvi informasiya vasitələrinin iştirakı ilə tədbirin təntənəli hissəsi – laureatların elan edilməsi və mükafatların təqdimatı başlandı.

Hər laureatın mükafatlandırma mərasimi onun fəaliyyəti haqqında videoçarxın nümayişi ilə müşayiət olunurdu. Tədbirin yekununda mərasim iştirakçılarının hamısına Azərbaycan, rus və ingilis dillərində laureatların fəaliyyətləri haqqında tam məlumatı əks etdirən “Company of the Year” kataloqunun nüsxələri paylandı.

“Company of the Year” Milli biznes mükafatının təqdimatı Azərbaycan estradası ulduzlarının ifasında musiqili nömrələrlə, həmçinin “Femina” Şirkətinin xəz məmulatlarından ibarət moda nümayişi ilə müşayiət olunurdu.

“COMPANY OF THE YEAR” MİLLİ MÜKAFATI TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ İBRAHİM BAHAROV

“Biz qaliblərin obyektiv müəyyənləşməsi üsullarına sadiqik. “İlin şirkəti” Milli Mükafatını, həmişəki kimi, əhəmiyyətli və fəal inkişaf nümayiş etdirən təşkilatlar, həmçinin sektorunun flaqmanı olan strukturlar aldılar. Bu nüfuzlu mükafatın təqdimatı Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını, həmçinin milli biznesin müsbət imicinin yaranmasını rəmzləşdirir. Laureatların hamısını təbrik edir və onlara peşəkar fəaliyyətlərində gələcək uğurlar arzulayıram”.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.