Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

Mühafizəçi

Mühafizəçi/“Azərbaycan Fibro Cement” MMC

Tələblər:

• 1 ildən az olmayaraq müvafiq iş təcrübəsi;

• Azərbaycan və rus dilləri;

• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı;

• Ünsiyyət qurmaq bacarığı, təcili sürətdə şəraiti qiymətləndirərək uyğun qərar vermək;

• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.

Vəzifə öhdəlikləri:

• Mühafizə postunda avadanlıqları və digər inventarı  yoxlamaq və qəbul etmək. Çatışmamazlıqlar haqqında rəhbərliyə xəbər vermək;   

• Azərbaycan Fibro Sement zavodunun ərazisində ona təhkim olunmuş obyektlərin, avadanlıqları və mal – materialların mühafizəsini təşkil etmək;

• Azərbaycan Fibro Sement zavoduna daxil olan və zavodun ərazisini tərk edən şəxslərin sənədlərini yoxlamaq və mal – materialların obyektə daxil və ya xaric olunmasına nəzarəti təmin etmək;

• Rəhbərlik tərəfindən təsdiq olunmuş qayda və sənəd nümunələrinə əsasən obyektin işçilərini və qonaqları əraziyə və ərazidən buraxmaq;

• Azərbaycan Fibro Sement zavodunun qorunmasını, qıfılların və başqa kilidləmə vasitələrinin mövcudluğunu, mal – materialların və vəsaitlərin salamatlığını yoxlamaq;

• Azərbaycan Fibro Sement zavodunun ərazisinə şübhəli şəxslərin (içkili və ya narkotik maddələrin təsiri altında olan) daxil olmasının qarşısını almaq və belə hallar barəsində rəhbərliyə məlumat vermək;

• Azərbaycan Fibro Sement zavodunun ərazisində oğurluq hallarının qarşısını almaq üçün tədbirlər görmək;

• Azərbaycan Fibro Sement zavodunun ərazisindən avadanlıqların, mexanizmlərin və mal – materialların qanunsuz çıxartmağa cəhd göstərən və ya qanun pozuntusunda şübhəli olan şəxsləri saxlamaq və rəhbərliyi xəbərdar etmək;

• İşəgötürən tərəfindən təsdiq edilən daxili nizam – intizam qaydalarına riayət etmək;

• Azərbaycan Fibro Sement zavodunun ərazisinə podratçı təşkilatlar tərəfindən gətirilən və obyektdən çıxarılan avadanlıqları, mexanizmlərin, mal – materialların əvvəlcədən təqdim olunmuş siyahı əsasında yoxlanılmasını təmin etmək;

• Təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;

• Azərbaycan Fibro Sement zavodunun ərazisində quraşdırılmış mühafizə və yanğından mühafizə siqnalizasiyası qurğularının işinə nəzarət etmək;

• Azərbaycan Fibro Sement zavodunda yanğın baş verdiyi hallarda yanğın ocağının miqyasını müəyyən edib  tədbirlər görmək.

Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Mühafizəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.