Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

Şirkət haqqında

"Synergy Group" ASC 2010-cu ildə təsis edilib və Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmayə yatırır, həmin sahələrin müasir, beynəlxalq tələblərə uyğun şəkildə inkişaf etməsinə çalışır. "Synergy Group“ ASC müxtəlif inkişaf yönümlü 28 şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1500-dən çox müxtəlif profilli mütəxəssis çalışır.

"Synergy Group"un çoxsektorlu investisiya portfeli aşağıdakı sahələrə iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı. Qrupa daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir.

"Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

Dəyərlərimiz

ETİBARLILIQ – Biz öz əməkdaşlarımız, səhmdarlarımız və tərəfdaşlarımızla işimizi etibarlı əməkdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan münasibətlər üzərində qururuq.

SİNERJİ və TƏRƏFDAŞLIQ – Qrupun adından göründüyü kimi, biz işimizi Qrup daxilindəki şirkətlər arasında sinerji konsepsiyasının tətbiqi və partnyorlarımızla qarşılıqlı faydalı tərəfdaşlıq əsasında qururuq. Sinerji konsepsiyası hər bir əməkdaşımız, törəmə şirkətimiz və tərəfdaşlarımızın öz sahələrinə uyğun təcrübə və bacarıqlarının ahəngdar birliyi və qarşılıqlı faydasını nəzərdə tutur.  Beləliklə, “Synergy Group” ASC ən qabaqcıl təcrübə, strateji baxış və beynəlxalq standartların tətbiqi ilə uğurlu fəaliyyət göstərir.

MÜKƏMƏLLİK və İNNOVASİYA – “Synergy Group”-un biznes fəaliyyəti bütün layihələrin mükəmməl tətbiqi və innovativ texnologiyaların istifadəsi üzərində qurulur. Qərarların qəbulu, gündəlik iş fəaliyyəti, ümumi idarəetmə və texnologiyaların tətbiqində daim müasir və innovativ üsullardan istifadə edir.

KOMANDA İŞİ – “Synergy Group” hər bir əməkdaşının bacarıq və təcrübəsinə xüsusi dəyər verir. Biz əməkdaşlarımız, törəmə şirkətlərimiz və tərəfdaşlarımızın gücünə inanaraq ümumi missiyamız uğrunda səylərimizi birləşdiririk.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.