Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

"Synergy Group" fibrosement istehsalının ilk xəttini “sıfır tullantı" ilə fəaliyyətə buraxacaq

"Synergy Group", yeni - "Azerbaijan Fibro Cement" layihəsi çərçivəsində Azərbaycanda ilk qabaqcıl fibrosement  istehsalı xəttini “sıfır tullantı” səviyyəsində qurmağı planlaşdırır.

İnvestisiya qrupunun mətbuat üçün açıqlamasında qeyd olunur ki, Avstriya texnologiyasına əsaslanan və ən müasir ekoloji standartları rəhbər tutmaqla fəaliyyətə başlayacaq yeni zavod müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri  (lifli sement lövhələri) istehsal edəcək. Fibro sement lövhələr insan sağlamlığı və ətraf mühit üçün zərərsiz hesab olunur. Bu materialdan hazırlanmış panellər su və nəmişlik keçirməyəndir, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətlərinə malikdir.

“Synergy Group” yeni istehsal xəttini istismara verməklə hələdə Azərbaycanda istifadə olunan təhlükəli asbest mənşəli materialları tikinti sektorundan tədric etməyə imkan yaradacaq. Bundan başqa, İnvestisiya qrupu dövlət başçısının Azərbaycan sənayesinin inkişaf ili elan etdiyi bir  ildə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək.

“Azerbaijan Fibro Сement” müəssisəsinin 2015-ci ilin ortalarında fəsaliyyəyə başlaması nəzərdə tutulub. Hazırki mərhələdə layihə çərçivəsində ilkin inşaat işlərinin həyata keçirilməsi üçün müxtəlif şirkətlərin tender təkliflərinin qiymətləndirilməsi aparılır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.