Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

"Synergy Group" rəhbərliyi “Parlaq Zəka” qaliblərini təbrik etdi

"Parlaq Zəka" intellektual oyununun qalibləri ilə görüşən "Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov onları təbrik edib. "Synergy Group böyüyür, yeni imkanlar, perspektivlər yaranır.  Bizim uğurumuzun əsas səbəbi insanlardır, onların peşəkarlığıdır", deyən cənab Hüseynov "Synergy Group"un "Parlaq Zəka" intellektual oyununu və gəncləri dəstəkləməyə davam edəcəyini vurğulayıb. Öz növbəsində, "Parlaq Zəka" layihəsinin rəhbəri və verlişin aparıcısı Aydın Piriyev, layihəyə verdiyi dəstəyə, onun icrası zamanı qarşıya çıxan məsələlərin tez və operativ şəkildə həllinə görə "Synergy Group"un rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Eyni zamanda, qaliblər də yaradılmış bu imkan üçün investisiya qrupunun rəsmilərinə təşəkkür ediblər.

R.Hüseynov qeyd edib ki, Qrup "Davamlı gələcəyə doğru" şüarını rəhbər tutaraq korporativ sosial məsuliyyət siyasəti çərçivəsində idmanın, təhsilin və gənclərin hərtərəfli inkişafını dəstəkləyir. O, ölkənin ilk özəl universteti olan Azərbaycan Universtetini, Şəmkirdə yerləşən "Zəka" Gənclər Mərkəzini dəstəkləyən "Synergy Group"un 2013-cü ilin aprel ayında mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2014" beynəlxalq şahmat turnirini çox yüksək səviyyədə həyata keçirdiyini xatırladıb. Həmçinin bildirib ki, Qrupun dəstəyilə ölkəmiz artıq üçüncü dəfə "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turnirinə evsahibliyi edib və "Synergy Group" Azərbaycanın ilk peşəkar velosiped komandası olan "Synergy Baku Cycling Project"in baş sponsorudur. Hazırda "Synergy Group"un ümumilikdə ölkənin makroiqtisadi inkişaf dinamikasına, hərəkət trayektoriyasına uyğunlaşdırılan 20 illik inkişaf konsepsiyası hazırlanır. Məqsəd müasir təcrübəyə əsaslanan uğurlu korporativ biznes modeli qurmuş investisiya qrupu olmaqdır.

Qeyd edək ki, “Parlaq Zəka” intellekt yarışmasında birinci yerin və 40 000 AZN məbləğində təhsil haqqını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının tələbəsi Əşrəf Paşabəyli, ikinci yeri və 30 000 AZN-lik təhsil haqqını Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Mirəziz Əzizli, üçüncü yeri və 20 000 AZN təhsil haqqını ARPDİA tələbəsi Səriyyə Bunyatova qazanıb.  


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.