Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

«Parlaq Zəka» möhtəşəm finalla yekunlaşdı

«Parlaq Zəka» intellektual şousunun nəhayət ki, gözlənilən final buraxılışı bu həftə yayımlandı. Noyabr ayından etibarən hər bazar günü intellekt cəngavərlərinin savaşını izləyən ekran başındakılar, intizarla qalib olaraq həyatının axarını bilikləri və əzmkarlıqları ilə dəyişəcək 3 finalçının gərgin oyununun şahidi oldu. "Davamlı gələcəyə doğru" şüarına sadiq qalan "Synergy Group" ASC-nin dəstəyilə yayımlanan oyunun final mərhələsi “Müasir Azərbaycan” mövzusu ətrafında oynanıldı.

Final oyunu digər oyunlardan fərqli qaydalarla keçirildi. Belə ki, yollar zəkalar tərəfindən müqəddimədə tutduqları yerlərə uyğun ardıcıllıqla seçildi. Finalda bütün yollar yaşıl olsa da,  ilk seçim hüququ müqəddimədə 1-ci yeri tutmuş zəkaya verildi. Qalib olmaq üçün zəkalar seçmiş olduğu yolu tez və səhvsiz keçməli idilər. Seçmiş olduğu yolu hamıdan tez başa vuran Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının (ARPDİA) tələbəsi Əşrəf Paşabəyli isə birinci yerin sahibi olaraq 40 000 AZN məbləğində təhsil haqqının sahibi oldu. Ardıcıl olaraq ikinci yerin və 30 000 AZN-lik təhsil haqqı çekinin sahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Mirəziz Əzizli, üçüncü yeri və 20 000 AZN təhsil haqqını isə ARPDİA tələbəsi Səriyyə Bunyatova qazandı.

Layihənin aparıcısı və rəhbəri Aydın Piriyev öz təəssüratları və fikirlərilə bölüşüb: "Çox çətin və maraqlı layihəyə start verdik və inanıram ki, bu sınaqdan üzüağ çıxdıq. Oxuduq, öyrəndik, dedik, güldük, küsdük, barışdıq. Hər bir iştirakçını tanımaq, onlarla ünsiyyətdə olmaq və oynamaq çox maraqlı idi. İştirakçılarımızın hər biri həqiqətən də istedadlıdır və hər biri həqiqətən də zəkadır. Bəziləri ilə gələn mövsüm də görüşəcəyik. Bizimlə olmayacaq iştirakçılara isə təhsillərində, şəxsi və peşəkar həyatlarında uğurlar arzu edirəm. Siz artıq "Parlaq Zəka" ailəsinin üzvüsünüz və sizi bütün layihələrimizdə daim yanımızda görmək bizim üçün xoşdur".

Layihənin yaradıcı heyətinin sözlərinə görə yeni mövsüm çəkiliş hazırlıqlarına artıq başlanıb. İkinci mövsüm də ən azı birinci qədər maraqlı və rəngarəng mövzular, səhnə quruluşları, qonaqlar və məlumatlarla qarşınızda olacaq.

Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group"un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan “Parlaq Zəka” intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40 000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30 000, üçüncü yer isə 20 000 AZN-lik təhsil haqqı qazanacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.