Şirkətlər > İşgüzar xidmətlər > İnvestisiya şirkətləri
 

Synergy Group

az | ru
 
 
 
 

"Synergy Group" kənd təsərrüfatı portfelini genişləndirir

2015-ci ildə "Synergy Group" ASC kənd təsərrüfatı sahəsində biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi bu sahəyə xüsusi diqqətin yönəldiləcəyi barədə xəbər verir. Ölkənin kənd təsərrüfatı sahəsində böyük investisiya potensialı mövcuddur. "Synergy Group" bu sahədə bir sıra cəlbedici biznes təkliflərin üzərində araşdırmalar aparır.

Eyni zamanda, kənd təsərrüfatında mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsi üzərində ciddi işlər aparılır. Qrupun üzvü olan "AzAqro" MMC  Azərbaycanda müasir texnologiya ilə mərkəzləşdirilmiş kompüter bazasında istixana şəraitində qızılgül istehsalında innovativ üsulları tətbiq edir. 2013-cü ildən etibarən "AzAqro" MMC öz məhsullarını "Sbuket" brendi ilə ölkə üzrə gül dükanlarına çatdırır. Yerli bazarın tələbatını ödəməklə yanaşı öz məhsullarını Gürcüstana da ixrac edən şirkətin xaricdə yeni satış bazarlarının axtarılması üzərində işlər aparılır.

Həmçinin "Synergy Group"un üzvü olan "Caspian Coast Winery & Vineyards" MMC ölkəmizdə üzümçülük ənənələrinin bərpası məqsədilə mühüm yatırım nümunəsidir. Qrup Siyəzən Şərab zavodunda yenidənqurma işlərini aparmış və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil etmişdir. Daxili bazarla yanaşı Rusiya bazarına da ixrac olunan "Caspian Coast Winery & Vineyards" məhsullarının xaricdə yeni satış bazarlarının müəyyən olunması istiqamətində ciddi işlər aparılır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.