Şirkətlər > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

Kapital Bank-ın dəstəyi ilə İqtisad Universitetində “İnnovativ Bankçılıq” otağı təqdim edildi

Ölkədə təhsilin inkişafına önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığı çərçivəsində “İnnovativ Bankçılıq” otağını təqdim etdi. Universitetin əsas binasında yerləşən otaqda, tələbələrin özlərini bankda hiss etmələri üçün bütün zəruri imkanlar yaradılıb.

Kapital Bank tərəfindən tam təmir və təchiz olunan otaqda ilk dəfədir ki, kompüterlərə bank əməliyyat proqramının demo versiyası yazılıb və tələbələr 4 əsas bank əməliyyatlarını burada həyata keçirə biləcəklər. Dərsləri universitetin təlim keçmiş müəllimləri və seçilmiş tələbələr tədris edəcək.

“Kapital Bank sosial yönümlü fəaliyyəti istiqamətində təhsil layihələrinə böyük önəm verir. 2016-cı il ərzində müxtəlif təhsil proqramlarına dəstək göstərmişik. Hazırda biz İqtisad Universiteti, ADA Universiteti və Gəncə Texnologiyalar Universiteti ilə sıx əməkdaşlıq edirik. Cari ildə həmin ali məktəblərin 70-dək tələbəsi Kapital Bank-da təcrübə keçib. Əminəm ki, bu gün təqdimatına yığışdığımız bu layihə də uğur qazanacaq” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.