Şirkətlər > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

Kapital Bank “Yay Futbol Düşərgəsi” layihəsinin rəsmi tərəfdaşıdır

Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçiriləcəkənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 52 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihəKapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.