Şirkətlər > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

Kapital Bank müştəriləri səyahət qazana biləcək

Kapital Bank müştərilərini sevindirməkdə davam edir. Mütəmadi olaraq müxtəlif aksiyalar təqdim edən Bank, yeni “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 13 iyundan 29 iyuladək Kapital Bank-dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd Jumeirah Bilgah Beach Hotel-ə VIP paket sahiblərinə çatacaq. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən ediləcək. Lotereyanın şərtləri və qalib gələn müştərilər haqqında məlumat rəsmi saytda dərc ediləcək.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsulmaaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.