Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

Kapital Bank “Yaşıl ölkəm” layihəsi üzrə yaşıllaşdırma işlərinə davam edir

Korporativ sosial məsuliyyətini daima diqqətində saxlayan Kapital Bank “Yaşıl ölkəm” layihəsi üzrə paytaxtda və bölgələrdə yenidən yaşıllaşdırma aksiyası keçirib.

 “Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir!” şüarı ilə keçirilən yaşıllaşdırma aksiyasında Bankın əməkdaşları iştirak edib. Paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bərdə və İmişli rayonlarında cəmi 400-dən çox eldar şamı və küknar ağacı əkilib. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və quşlar üçün yuva hazırlanıb. Əsasən magistral və şəhərlərarası yolların kənarında əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib, dibləri bellənib və suvarılıb.

“Vətənimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması Bankımızın korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biridir. Keçən ildən başladığımız yaşıllaşdırma işlərinin məqsədi ətraf mühitin mühafizəsinə töhvə vermək, insanlar arasında təbiətə qayğı hissinin gücləndirilməsidir. “Yaşıl ölkəm” layihəsi bununla yekunlaşmır, davamlı olaraq yaşıllaşdırma işləri aparmağı planlaşdırmışıq.” - deyə Kapital Bankın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, salınan yaşıllıq zolaqlarına qulluq Kapital Bankın dəstəyi ilə həyata keçiriləcək .Yeni  əkilmiş  ağacların  vaxtı-vaxtında suvarılması üçün  ərazilərə suvarma sistemi quraşdırılıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.