Şirkətlər > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində “Yaşıl ölkəm - bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyaları təşkil edir.

Bu həftə Kapital Bankın dəstəyi ilə Salyan, Ucar, Kürdəmir rayonları və Gəncə şəhərində ağacəkmə kampaniyaları keçiriləcək. Kapital Bank əməkdaşlarının iştirakı ilə aparılacaq yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edəcək. Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə xas müxtəlif növ ağacların  əkilməsi planlaşdırılır. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. Qeyd edək ki, Kapital Bank tərəfindən yaşıllaşdırma tədbirlərinin  davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.