Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Kapital Bank

az | ru
 
 
 
 

“Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir

16 sentyabr 2015-ci il tarixdə Bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ “Kapital Bank” ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi idi.

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin  Qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Bununla əlaqədar olaraq qərara alındı ki,  Qanunun 23.1-ci maddəsinə əsasən “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi müvafiq qaydada təmin edilsin.

Bu baxımdan, “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi ilə əlaqədar  “Kapital Bank” ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alındı.

Bundan əlavə, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə müvafiq əlavə və dəyişikliklər edildi.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.