Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Mükafatlar və layihələr

Sosial məsuliyyət

“Bakcell Stars” Bakcell-in Korporativ Sosial Məsuliyyət proqramıdır. “Bakcell Stars” proqramının uzunmüddətli strateji məqsədi uşaqların istedadlarını inkişaf etdirməklə onların gələcəyinə sərmayə qoymaqdır.

Bakcell həqiqətən də inanır ki, Hər Uşaq Bir Ulduzdur!

Save the Children

"Teatr vasitəsilə Sağlam Təşəbbüslər" (HIP) proqramı çərçivəsində məktəblərdə kukla tamaşaları vasitəsilə uşaqlarda tolerantlıq, müstəqil qərar qəbul etmə və məsuliyyətli davranış keyfiyyətləri aşılanır.

HIP Mərhələ I (Sentyabr 2009 - Sentyabr 2010) Bakı, Sumqayıt, Qaradağ və Şüvəlanda yerləşən 5 sınaq məktəbdə kukla tamaşaları təşkil edilmişdir. Proqramın təsirini daha da gücləndirmək məqsədilə, tamaşalarla yanaşı Bakının sınaq məktəblərinin və internatların müəllimləri üçün interaktiv dərs metodologiyası üzrə təlimlər təşkil edilmişdir. 2010-cu ilin aprel ayında Bakcell şirkəti Uşaqların Xilası təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında uşaqlar üçün böyuk bir tədbir keçirdi. Tədbirdən sonra Uşaqların Xilası təşkilatının layihəsinin davam etdirilməsinə dəstək olaraq Bakcell abunəçiləri arasında SMS Kampaniyası başlandı. 1155 qısa nömrəsindən gələn sms-ə cavab verməklə hər bir Bakcell abunəçisi kampaniyaya 1 AZN hədiyyə etmiş oldu və nəticədə 55,000 AZN məbləğində vəsait toplandı.

HIP Mərhələ  II (Oktyabr 2010 - Dekabr 2011) –  HIP I mərhələsinin müvəffəqiyyətləri və proqram iştirakçılarının, onların valideyinləri və müəllimlərin müsbət rəylərinə istinad edərək, Save the Children və Bakcell şirkəti proqramın əhatə dairəsini Azərbaycanın regionlarındakı məktəblərinə qədər genişləndirdilər.  Save the Children-in kukla aktyorları Azərbaycanın 20 rayonuna (Quba, Qusar, Xaçmaz, Xudat, Dəvəçi, Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu, Göyçay, Şəki, Oğuz, Qax, Zaqatala, Bəlakən, Gəncə, Samux, Göy-göl, Mingəçevir, Yevlax) səyahət edərək, məktəblilərə tolerantlıq, əməkdaşlıq, sağlam həyat, problemlərin həll edilməsi, effektiv ünsiyyət, faydalı vətəndaşlıq, müstəqil qərar qəbul etmə və həyat bacarıqları kimi mövzularda maarifləndirici tamaşalar nümayiş etdirib, eləcə də seçilmiş müəllim qrupları ilə uşaqların ifasında maarifləndirici tamaşaların səhnələşdirilməsi üçün müvafiq iş  aparıblar.

Uşaqların Xilası təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olur. Təşkilat 1993-cü ildən bəri Azərbaycanda 1 millyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə, qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar həyata keçirir.

SOS Uşaq Kəndləri

2009-cu ilin iyul ayında Bakcell şirkəti  “SOS Uşaq Kəndləri” ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən uşaqların istedad və potensialını inkişaf etdirmək üçün xor dərnəyi yaradılıb və uşaqlar peşakar müəllim tərəfindən nəğmə dərsləri alıblar. Sentyabrın 20-də “Bakcell Stars” uşaq xorunun çıxışi ilə möhtəşəm bir tədbir təşkil edib. Tədbirdən sonra Bakcell öz abunəçiləri arasında “SOS Uşaq Kəndləri”nin layihəsinin genişləndirilməsini dəstəkləmək üçün SMS kampaniyası keçirib. SMS kampaniyası nəticəsində  “SOS Uşaq Kəndləri”-nin təhsil layihələrini dəstəkləmək üçün Bakcell abunəçilərindən və fərdi donor təşkilatlardan 45 000 manat toplanıb.

SOS Uşaq Kəndləri 2000-ci ilin noyabr ayından Azərbaycanda fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı “Hər bir uşağa sevgi dolu bir ev” olan SOS Təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.

Azərbaycana Birgə Yardım (UAFA)

UAFA və Bakcell “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsini 2010-cu ilin fevralından həyata keçirir. Layihə çərçivəsində 60 fiziki və əqli cəhətdən qüsurlu uşaq rəqs, rəsm və foto dərslərində iştirak edib. Bu fəaliyyətlərdə iştirak nəticəsində uşaqların fiziki, intellektual və sosial bacarıqlarının inkişaf etdirilməsində xeyli irəliləyiş olub.  2011-ci il martın 3-də  Bakcell və UAFA təşkil elədiyi Mənim əlvan arzularım” adlanan tədbirdə “Bakcell Stars” –UAFA layihəsində iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət rəsm və foto sərgisi nümayiş olunub, onların ifasında rəqs və tamaşa təqdim edilib. Tədbirin yekununda Bakcell UAFA-nın əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin davam etdirməsinə dəstək məqsədilə SMS kampaniyasını elan edib. Əldə olunan  nailiyyətləri davamlı etmək və Azərbaycanın digər rayonlarında yaşayan əlil uşaqlar və onların ailələri üçün də bu cür fəaliyyətləri təşkil etmək məqsədilə UAFA bu layihəni İcma Əsaslı Reabilitasiya Mərkəzinin Xaçmaz və Gəncədəki filiallarında da həyata keçirmək niyyətindədir. Yasamal mərkəzində daha çox əlil uşağı layihəyə cəlb etməklə rəqs, incəsənət və foto çəkiliş dərsləri davam etdiriləcək, eləcə də teatr və tikiş dərsləri təşkil ediləcək. Xaçmaz və Gəncədə isə UAFA uşaq mütəxəssisləri üçün təlimlər keçirəcək, əlilliyi olan uşaqlar üçün incəsənət, peşə, idman və rəqs kursları təşkil edəcək.

Azərbaycana Birgə Yardım (UAFA) 1998-ci ildə təsis edilib və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir. Təşkilatın əsas məqsədi əlilliyi olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və Azərbaycan hökumətinin dövlət uşaq müəssisələrində olan uşaqların sayının azaldılmasına yönəldilmiş deinstitutlaşdırma islahatına dəstək verməkdir.

Təhsil layihələri

Junior Achievement Azərbaycan (JAA) Mobil Telekommunikasiya Businesinə Giriş Proqramı (IMTB)

Mobil Telekommunikasiya Businesinə Giriş Proqramı (IMTB) Alcatel-Lucent Azərbaycan təşkilatı ilə əməkdaşlıq şəraitində və Bakcell-in dəstəyi ilə 2010-cu ilin sentyabr ayında start götürüb. JAA təşkilatı tərəfindən həyata keçirilən bu iki illik proqram 90 tələbəyə öz təhsillərinin 1-ci və 2-ci illərində  işə hazırlıq, biznes etika və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edəcək. Bacarıqların artırılması fəaliyyətləri ilə yanaşı, proqramda həmçinin mobil telekommunikasiya şirkətləri üçün təcrübə mübadiləsi proqramı vəsaitlərinin hazırlanması nəzərdə tutulur.

Daha ətraflı məlumat əldə etmək üçün xahiş edirik ki, www.imbt.mobi  IMTB Portalına daxil olasınız.

AIESEC Azerbaijan

2010-cu ilin Noyabr ayında  Bakcell  dünyada ən böyük tələbə təşkilatı olan AIESEC Azərbaycan ilə Anlaşma Memorandumu imzaladı. Bakcell və AIESEC-in gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıqları çərçivəsində Bakcell-in gənc işçilərinin AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.