Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Hesab.az portalında sonuncu "Bakcell həftələri" kampaniyasına start veriləcək

18 noyabr 2013-ci il tarixində Hesab.az portalında sayca altıncı və sonuncu olacaq "Bakcell həftələri" adlı kampaniyaya start veriləcək.

Bu günlər ərzində Hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər Bakcell xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar.

10 manatdan 20 manatadək aparılan ödənişlərin hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq, və nəhayət 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar.

Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər.

Kampaniya ərzində portaldakı xərraclara müxtəlif çeşiddə hədiyyələr çıxarılır. Hərraclarda iştirak etmək üçün istifadəçilər Hesab.az portalında qeydiyyatdan keçməli  və ən azı 20 min bonus xalı toplamalıdırlar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.