Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell və AMCHAM “Ümid Yeri” uşaq sığınacağına hədiyyələr bağışlayıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AMCHAM-la (Amerika-Azərbaycan Ticarət Palatası) birlikdə “Ümid Yeri” uşaq evinə hədiyyə olaraq pulsuz yüksək sürətli internet təmin edən on (10) Sü[email protected] data kartı bağışlayıb.

Amerika-Azərbaycan Ticarət Palatası İKT (informasiya və kommunikasiya texnologiyaları) departamentinin təşəbbüsünün tərkib hissəsi kimi uşaq evini kompyuter avadanlığı kompleksi, baza stansiyası və kabel televiziyası ilə təchiz edəcək. Ehtiyacı olan uşaqlara təməl kompyuter biliklərinin aşılanması üçün təlimlərin keçirilməsi də gözlənilir. Bu layihə çərçivəsində Bakcell, Microsoft, Rapid Solutions, PwC, Connect və Azərbaycanın Uşaqları hərəkatının nümayəndələri bu yaxınlarda “Ümid Yeri” uşaq evinə səfər ediblər. Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Ümid Yeri” uşaq evinə göstərilən müsbət töhfələrə görə böyük fərəh hissi duyur.

Bakcell bütün uşaqların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsinin təmin edilməsində əhəmiyyətli rol oynadığına inanır. Şirkətin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı olan “Bakcell Stars” 2009-cu ildən həyata keçirilməyə başlayıb və olduqca sadə və səmimi bir missiyanı yerinə yetirir: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım edir.

Öz KSM siyasəti vasitəsilə Bakcell bütün Azərbaycanda fiziki və əqli qüsurlu uşaqlar və onların ailələri üçün ümid yeri olub. Bu missiya çərçivəsində biz “Uşaqların Xilası”, “SOS Uşaq Kəndləri”, “Azərbaycana Birgə Yardım” və “Sosial Xidmət Təşəbbüsləri” kimi bütün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələri ilə tanınan təşkilatlarla əməkdaşlıq edirik.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.