Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell şirkəti Junior Achievement Azərbaycan təşkilatı ilə birgə yeni bir təşəbbüsə start verəcək

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Junior Achievement Azərbaycan təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf etdirilməsinə yönəlmiş yeni bir təşəbbüsə start verildi. “Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) illik proqram çərçivəsində, 45 nəfər universitet tələbəsi təcrübə proqramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcəklər. Tələbələrin bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkətində staj keçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub.

Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 universitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcək. Bakcell ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə layihə iştirakçılarına əldə edilmiş biliklərin real iş yerində tətbiq etmək imkanı verəcək

“Bakcell şirkəti Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf etdirilməsi üçün İKT mütəxəssislərin hazırlanmasının vacibliyini dərk edirik. Bakcell gənclərin təlimi və karyera inkişafı üçün sərmayələr yatırır və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyətimizin bir hissəsidir. Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk” - deyə, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Alcatel Lucent şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq.

2009-cu ildən etibarən Bakcell və JAA Azerbaijan Mobil Telekommunikasiya Biznesinə Giriş (MTBG) adlı birgə lahiyəni həyata keçirirlər. Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə Bakcell və Alcatel-Lucent şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilmiş işə hazırlıq və biznes etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.