Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell şirkəti dələduzluğa qarşı uğurla mübarizə aparır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti məmnuniyyətlə elan edir ki, dələduzluq yolu ilə “SİM Boks” adlanan sistem vasitəsilə Bakcell şəbəkəsi üzərindən qanunsuz beynəlxalq zənglər edən Özbəkistan vətəndaşı Pulat İskanderovun saxlanılması istiqamətində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edib.

Bakcell-in dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən KeyNote SİGOS və Austria Telekom şirkətlərinin sınaq proqramlarından, "GSM" kanalpaylayıcıları və digər texniki avadanlıqlardan (SİM Box) istifadə halları araşdırılıb. Xüsusi proqram təminatı sayəsində Bakcell, səs trafikinin sonlandırılması üçün şirkətin  SİM kartlarından istifadə edən cihazlar aşkar edib. Şirkət müvafiq strukturları bu barədə məlumatlandırıb və Bakcell şəbəkəsindən istifadə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkarları həbs edən nazirlik ilə fəal şəkildə əməkdaşlıq edib.

“SİM boks dələduzluğu bütün dünyada mobil operatorların gəlirləri üçün ciddi təhlükə yaradır. Bu cür dələduzluq fəaliyyətləri nəticəsində hökumətlər və operatorlar böyük məbləğlərdə gəlir itkisinə məruz qalırlar. Qanunsuz zənglərin qarşısını almaq məqsədilə şirkətimizdə SİM Boks aşkarlama (SİM Box detection) sistemi istifadə olunur. Biz bu cür texnologiyaların cinayətkarlar tərəfindən istifadə edildiyindən xəbərdarıq və onların saxlanılması və qanunla cəzalandırılması üçün Nazirliyə tələb olunan dəstək göstərib gələcəkdə də fəal aşkarlama və araşdırma tədbirlərini həyata keçirəcəyik. Şirkətimiz bu cür halların qarşısının alınması üçün bütün lazımi və müasir texnologiyalara malikdir”, - deyə Bakcell şirkətinin baş direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, müəyyən şəxslər və ya qruplar müxtəlif cihaz və SİM kartlarından istifadə edərək istənilən mobil operatorun şəbəkəsindən qanunsuz beynəlxalq zənglər təşkil etməkdədir. Həmin zənglər mobil operatorun şəbəkəsində yerli zəng kimi qeydiyyata alınır və beynəlxalq zənglərə aid böyük məbləğlərdə gəlir itkilərinə səbəb olur.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.