Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell yenidən Milli Kitab Mükafatının baş sponsoru oldu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti  növbəti dəfə müasir Azərbaycan ədəbiyyatı səhnəsinin ən nüfuzlu layihəsi hesab edilən Milli Kitab Mükafatının (MKM) baş sponsoru olduğunu məmnuniyyətlə  elan edir.  

Milli Kitab Mükafatı 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və  qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. MKM-nin Münsiflər Heyətini Azərbaycanın nüfuzlu şəxsiyyətləri təmsil edir. Bu il mükafatın təbliğatı bütün zonaları əhatə edəcək: Azərbaycanın bölgələrində və ali məktəblərdə bir sıra təqdimatlar keçiriləcək.

Mükafatın qalibləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafat alacaq, eləcə də şeir və uşaq ədəbiyyatı üzrə nominasiyalar təsis olunacaq.

MKM-2012 daha bir yeniliklə seçiləcək. Belə ki, bu il qalib əsərlər ənənəvi kitabı formatından əlavə, həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək.      

“Bakcell Azərbaycan şirkəti olaraq Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına dəstək göstərməyi özünün vacib missiyası hesab edir. Milli Kitab Mükafatı bu sahədə ən vacib təşəbbüslərdən biridir və biz bu layihəni dəstəkləməkdən çox məmnunuq. Ötən il Milli Kitab Mükafatının qalibləri müəyyən olunarkən biz elan etmişdik ki, bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir və biz bu prosesə öz töhfəmizi vermək niyyətindəyik. İndiyə qədər Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olardı. Bunu nəzərə alaraq, biz Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərməyi qarşımıza məqsəd qoyduq və verdiyimiz vədi yerinə yetirdik”,- deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

MKM-in təsisçisi Nigar Köçərlinin sözlərinə görə, Mükafatın nizamnaməsində və münsiflər heyətinin tərkibində bəzi dəyişiklər olsa da, ümumi konsepsiyası dəyişilməzdir: “Bu bir “körpü” konsepsiyasıdır. Gənc və yaşlı, azərbaycandilli və rusdilli, müxtəlif ədəbi cərəyanları, Bakı və bölgə yazıçılarını birləşdirən bir körpüdür”.

MKM 2012 layihəsinin rəsmi təqdimat mərasimi 28 avqust, 2012 tarixində baş tutacaq. Layihə ilə bağlı ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrindən www.bakcell.com www.facebook.com/bakcell, eləcə də www.mkm.az  və www.alinino.az   səhifəsindən əldə edə bilərsiniz.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.