Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

CİNeration məzunlarına müjdə!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CINeration yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim edir.

Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in doğurdanda İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirəcəkdir. Buraxılış gecəsinə ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunları öz məktəbləri tərəfindən dəvət olunacaqlar. Seçilmiş məzunlar Bakcell şirkəti və Təhsil İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olunacaqlar.

Məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında gənclər tərəfindən sevilən xarici müğənnilər Cəza (Türkiyə), Nyuşa (Rusiya), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran, DJ Shock və meyxana ustaları Pərviz Bülbülə, Rəşad Dağlı və Vüqar Biləcəri öz ifaları ilə gənclərimizin zövqlərini oxşayacaqlar.   
Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə edə bilərsiniz. www.bakcell.com www.facebook.com/bakcell     

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.