Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcelldən hədiyyə! “Bu Şəhərdə”!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

[email protected] ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti abunəçilərini sevindirməyə davam edir. Daim müştərilərini düşünən Bakcell şirkəti uzun illərdir sevib-sevilən və çıxışları ilə tamaşaçılarının zövqünü oxşayan “Bu Şəhərdə” layihəsinin regionlarımıza səfərini təşkil etmişdir.

Azərbaycanın gözəl diyarları olan Lənkəran, Şirvan, Şəki, Qəbələ, Quba, Bərdə, Gəncə və  Mingəçevirdə konsert proqramları ilə çıxış edəcək “Bu Şəhərdə” dueti yerli əhalinin qızmar yay günlərinə gülüş qatacaqdır.    
Konsertlərə giriş əhali üçün tamamən pulsuz olacaqdır. Bundan əlavə, məkanların giriş hissəsində quraşdırılacaq olan böyük monitorlar konsert zalına keçə bilməyən izləyicilərə tamaşanı görmək imkanı yaradacaqdır.

Kampaniyanın təfərrüatları, konsertlərin keçirilmə yerləri və tarixləri barədə ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrində əldə edə bilərsiniz. www.bakcell.com www.facebook.com/bakcell     
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.