Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

YARAT!-dan “Bakcell ulduzu” hədiyyəsi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi Bakcell şirkəti YARAT təşkilatı tərəfindən 15 may – 15 iyun tarixləri arasında keçirilən “Birləşən Körpülər” adlı sərginin telekommunikasiya tərəfdaşı olub.

Sərgi çərçivəsində Bakcell-ə həsr edilmiş xüsusi gün təşkil edilib. Tədbirdə YARAT-ın rəhbəri Aida Mahmudova, Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer, həmçinin şirkətin korporativ müştəriləri və tərəfdaşları iştirak edib.

Bakcell-in yaradıcı insanlara göstərdiyi dəstəyə təşəkkür əlaməti olaraq sərgidə Azərbaycanın kreativ rəssamlarından biri Rəşad Ələkbərovun “Bakcell” sözünü təşkil edən hərflərlə şirkətin rəmzi olan ulduz işarəsininin instalyasiyası nümayiş olunub. Bakcell-ə həsr olunmuş xüsusi gündə rəssam “Bakcell ulduzu” adlı instalyasiyanı şirkətə hədiyyə edib. O deyib ki, bu hədiyyə öz abunəçilərinə və eyni zamanda gənc rəssamlara və müasir incəsənətin inkişafına göstərdiyi qayğı üçün təşəkkürdür.

YARAT!-ın təsisçisi Aida Mahmudova isə təşkilatın “qızıl tərəfdaşıq” kartını Bakcell rəhbərliyinə təqdim edib.
Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer isə bildirib ki, rəhbərlik etdiyi şirkət müasir incəsənətin inkişafına dəstək göstərməkdən məmnunluq duyur: ““Birləşən Körpülər” sərgisi Azərbaycanda müasir incəsənətin inkişafına və onun dünyaya tanıdılmasına böyük töhfədir. Burada dünyanın müxtəlif yerlərindən olan rəssamların öz əsərlərini nümayiş etdirməsi isə müasir incəsənətlə məşğul olan rəssamlar üçün unikal bir imkandır”.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.