Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

HTC One X, HTC One S və HTC One V telefonlar üçün xüsusi təklif

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

[email protected] ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti böyük məmnuniyyətlə HTC One seriyalı smartfonlar üzrə yeni eksklüziv kampaniyasını elan edir. İndi göstərilən HTC modellərindən birini eksklüziv qiymətə pulsuz CİN nömrə ilə birgə əldə edən müştərilərimiz xüsusi aylıq bonuslardan yararlanacaqlar.

İndi Bakcell-in diler mağazalarından kampaniyada iştirak edən telefonlardan birini eksklüziv qiymətə alan şanslı müştərilər 500 şəbəkədaxili dəqiqə və 500 MB internet aylıq bonuslardan yararlanacaq. Bunun üçün sadəcə hər ay balansa 10 AZN yükləmək kifayətdir.

Beləliklə, müştərilərimiz telefon üçün eksklüziv və xüsusi qiymətlə yanaşı, pulsuz SİM kart və hər ay 500 şəbəkədaxili dəqiqə və 500 MB internet əldə edəcəklər.

Təklif may ayının 25-dən başlayaraq Bakcell-in rəsmi dilerləri olan Computex və Soliton mağazalar şəbəkəsində kampaniyada iştirak edən telefonlarından birini əldə etmiş müştərilər üçün qüvvədədir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.