Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!”

Ötən həftə Azərbaycan Milli Olimpiya Komitəsi Bərdə şəhər Gənclər və İdman idarəsi, həmçinin yerli Təhsil şöbəsinin dəstəyi ilə Bərdə Olimpiya İdman Mərkəzində “İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi çərçivəsində növbəti oyun festivalını təşkil edib. Layihənin tərəfdaşlarından biri Bakcell şirkətidir.

Festivalın keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və Olimpiya dəyərlərini təbliğ etmək, o cümlədən Oyunların ruhlandırıcı gücündən istifadə etməklə insanların, xüsusilə qadın və qızları idman və bədən tərbiyəsindən kütləvi və mütəmadi istifadə etməyə həvəsləndirmək idi.

Festivalda Milli Olimpiya Komitəsinin, Bərdə şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və aidiyyatı digər idarələrin, həmçinin yerli şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Oyun Festivalında yuxarıda qeyd olunan təhsil ocaqlarından 3 komandada 36 qız yarışırdı. Ümumilikdə festivalın həm idman həm də bədii-əyləncəli hissəsinin təşkilində 50 nəfərdən artıq şagird iştirak edib. Komandaları iştirakçı məktəblərdən gəlmiş 200-ə yaxın azarkeş dəstəkləyirdi.

Festivalı giriş sözü ilə Milli Olimpiya Komitəsinin məsul işçisi cənab Vaqif Əliyev açaraq hazırda dünyada geniş vüsət alan və sürətlə inkişaf etməkdə olan Olimpiya hərəkatından və Olimpiya dəyərlərindən danışıb.
Sonra söz alan Bərdə şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Aydın Qasımov bu kimi tədbirlərin xüsusi əhəmiyyətini vurğulayaraq belə təşviqedici tədbirlərin uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığı bildirib.

Sonda Bakcell şirkətinin Bərdə regionu üzrə nümayəndəsi Elyar Məmmədov çıxış edərək belə maraqlı və faydalı tədbirin təşkili üçün Milli Olimpiya Komitəsinə və təşkilatçı məktəblərə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Bakcell şirkəti Azərbaycanda bir çox idman yönümlü idman layihələrini dəstəkləyir və bu layihələr vasitəsilə ölkədə idmanının inkişafına və kütləviləşməsinə öz töhfəsini verməkdən qurur hissi duyur.

Tədbirin sonunda məktəbliləri Milli Olimpiya Komitəsi adından təltif edən V.Əliyev bu yarışda idman və dostluğun qalib gəldiyini söyləyib. Odur ki, Oyun Festivalında uduzan komanda olmadı, çünki şagirdlər rəqabət naminə deyil, şənlənmək, maariflənmək və həvəslənmək məqsədi ilə yarışıblar. Yekunda iştirakçılarla xatirə şəkli çəkdirdikdən sonra hamıya Bakcell şirkətinin hədiyyələri paylanıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.