Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell şirkəti Red Bull BC 1 Azerbaijan-2012 turnirinə dəstək göstərib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin istedadlı və yaradıcı gənclərinə dəstək göstərməkdə davam edir. Şirkət bu yaxınlarda «Red Bull BC One 2012» çempionatının Bakıda keçirilmiş seçim mərhələsinin tərəfdaşı olub.

Bakcell-in CİNeration brendi ilə birgə təşkil edilmiş bu turnirin qalibi b-boy Button olub. Turnirin Münsiflər Heyətində almaniyalı Airdit və «Red Bull BC One 2011» çempionatının amerikalı qalibi Roxrite təmsil olunub. Üçüncü hakim isə tanınmış azərbaycanlı bi-boy KillaJazz olub.

KillaJazz Tbilisidə keçirilmiş Qafqaz mərhələsinin qalibidir. O, “Red Bull BC One World Final 2012” ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək son turnirdə Azərbaycanı təmsil edəcək. Şərqi Avropanın ən yaxşı bi-boyları “BC One World Final” turnirində iştirak etmək üçün mübarizə aparacaqlar.

Bakcell şirkəti ölkəmizi Tbilisidə təmsil edən bi-boylara CİNeration tarifli 5 ədəd CİN nömrəsi təqdim edib. Bakcell-in rouminq xidməti sayəsində onlar, dostlar və ailə üzvləri ilə asanlıqla əlaqə saxlaya biləcəklər.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.