Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell-lə “Cavanlıq”

Cəmi bir il bundan əvvələ qədər Azərbaycan tamaşaçısı milli telekanalların efirində yalnız Türkiyə və Cənubi Amerika istehsalı olan teleserialları görə bilirdi.

Lakin bir çox sahələrdə əhəmiyyətli yeniliklərin əsasını qoyan Bakcell şirkətinin baş sponsorluğu ilə “Aramızda qalsın” adlı ilk milli televiziya layihəsi qısa müddət ərzində Azərbaycan izləyicisinin sevimli tele-seriallarından birinə çevrildi. Komediya janrındakı “Aramızda qalsın”, İLK milli serial olmaqla yanaşı, aktyor ifası, maraqlı süjet xətti və ssenarisi ilə böyük tamaşaçı auditoriyası qazanıb.

Azərbaycanda həm kino mədəniyyətinin səviyyəsinin, həm də tamaşaçı zövqünün yüksəldilməsinə öz payını qatan Bakcell şirkətinin baş sponsorluğu ilə indi ekranlara tamamilə fərqli mövzuda və formatda çəkilən 50 seriyalı yeni bir serial - "Cavanlıq” gəlib.

Martin 3-dən etibarən həftə sonları saat 21:50-də Lider TV-də yayımlanan serial müxtəlif universitetlərdə təhsil alan bir qrup tələbənin həyatından, onların başına gələn maraqlı əhvalatlardan bəhs edir. Baş qəhrəmanlardan biri “poliqlot” Rüstəm Bakıda təhsil almağı xaricdə oxumaqdan üstün tutur. Onun ürək dostu Sevinclə, həmçinin digər universitetlərdə təhsil alan tanışları ilə münasibətləri filmdə yumoristik formada nümayiş etdirilib.

“Cavanlıq” teleserialında gənclər üçün maraqlı olacaq müxtəlif məsələlərdən söz açılır, onların həyat dərsi almasına yardımçı olacaq hadisələrə yer verilir.

Serallardakı reklam ayırıcıları da elə onların özü qədər sevilir. Televiziya reklamları daxil olmaqla bütün reklam vasitələrində dünyada tətbiq olunan ən son trendlərindən istifadə edən Bakcell seriallardakı bu ayırıcılar zamanı da qeyri-standart və mütərəqqi kommunikasiya metodlarından yararlanır.

Yeniliklərdən biri də odur, Bakcell məhsullarına dair bəzi videosüjetlər yalnız reklam zamanı yox, teleserialın gedişatında nümayiş etdirilir. Bu da Bakcell-in yeni ideyalara hər zaman açıq olmasının göstəricisidir.  

Əminik ki, Bakcellin sponsorluğu ilə “Cavanlıq” serialı televiziya qarşısındakı vaxtını maraqlı və şən keçirmək istəyində olanlara ən yaxşı hədiyyədir. Odur ki, şənbə və bazar günləri Lider TV-nin efirində “Cavanlıq”a tamaşa edin.

Seriala həmçinin http://lidertv.com/az/film.html linkindən tamaşa edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.