Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell-in yeni «Sharks Mobile» diler mağazası açılıb

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq Bakının mərkəzində özünün yeni «Sharks Mobile» diler mağazasını açıb. Nizami küçəsi 48 ünvanında yerləşən mağaza Cin, Klass və Gold abunəçiləri üçüntamçeşiddə xidmətlər təqdim edəcək. Bu mağazanı şirkətin digər mağazalarından fərqləndirən onun xarici və daxili tərtibatındakı yenilik, eyni zamanda göstərilən xidmətlərin çeşididir. Abunəçilər yeni mağazada planşet və telefonların yeni modellərini sınaqdan keçirə biləcəklər. «Sharks Mobile» Bakcell abunəçilərinə ilkin ödənişsiz 6 aylıq kreditlə telefon, planşet və noutbuklar əldə etmək imkanı verəcək. Özü də abunəçilər bu imkanı çox sadə formada - yalnız şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edəcəklər.

Mağazadan Bakcell nömrəli yeni telefon alan müştəriləri də sürpriz gözləyir. Belə ki, alış-veriş zamanı onlara mağazada hər şənbə oynanılacaq uduş kuponu təqdim olunacaq. Uduş zamanı hər həftə bir xoşbəxt alıcı Nokia X6 və Bakcell nömrəsi qazanacaq.

Bakcell “Sharks Mobile” ilə birlikdə Azərbaycanda daha bir yeniliyə imza atıb; mağazanın daxilində “touch screen” monitor quraşdırılıb. Bu monitor vasitəsilə müştərilər istədikləri nömrənin axtarışını verə biləcəklər. Axtarış verildikdən sonra ekranda abunəçinin arzuladığı, yaxud da ona bənzər nömrələr görünəcək. İnnovasiya texnologiyası kimi Böyük Britaniya texnologiyasından istifadə edilərək Azərbaycanda ilk dəfə “touch screen foil” quraşdırılıb. Bu, xüsusi lent vasitəsilə sensor ekran funksiyasını yerinə yetirəcək adi şüşədir. Onun vasitəsilə Bakcell öz internet səhifəsini bəzi diler mağazaları və servis mərkəzlərinin çöl pəncərəsinə ötürə biləcək. Bu texnologiya sutkanın 24 saatı aktiv olacaq və abunəçilərə şirkətin internet səhifəsindən istifadə edərək «055» jurnalının yeni buraxılışları ilə tanış olmaq, onlayn ödəmələri həyata keçirmək, tarif və kampaniyalar haqqında məlumat almaq, pulsuz sms göndərmək imkanı verəcək. Həmçinin yaxın zamanlarda abunəçilərin “touch screen” vasitəsilə Skype-dən istifadə edərək Bakcell-in Məlumat Mərkəzlərinə onlayn qoşulması da planlaşdırılır.

Onu da qeyd edək ki, mağazaya fəaliyyətə başladıqdan sonrakı ilk üç gün ərzində baş çəkmiş müştərilərə hədiyyələr paylanacaq.

Bu gözəl fürsəti siz də qaçırmayın! Bakcell-in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 begin_of_the_skype_highlighting            055 0000 5555   end_of_the_skype_highlighting-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.