Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell-ə 3G lisenziyası verildi

Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell boyük məmnuniyyətlə şirkətə 3G mobil rabitə xidmətlərini göstərməsi üçün lisenziya verildiyini elan edir. Bu barədə qərar noyabrın 2-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında verilib. Qeyd edək ki, Bakcell-in mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır. Bununla da, Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq radio tezlik ayrıldıqdan sonra “Bakcell”in 3G xidmətləri göstərməyə başlaması üçün heç bir maneə qalmayacaq.

Bakcell elan edir ki, 3G xidmətinin tətbiqi ilə müştərilərə ən son mobil data və internet xidmətləri göstəriləcək və Azərbaycanda rəqəmsal infrastruktur qurulmasına dəstək veriləcək. Hazırda Bakcell ölkədə ən böyük  - ümumi sayı  2500-ü keçən baza stansiya şəbəkəsinə malikdir. İndiyədək şəbəkənin yenilənməsi üzrə aparılan işlərə böyük miqdarda sərmayə qoyulub və bu iş məqsədyönlü şəkildə aparılıb. Nəticədə 3G xidmətlərinin həyata keçirilməsi üçün lazımi proqram təminatı yaradılıb və baza stansiyalarının dəyişdirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bakcell əminliklə bəyan edir ki, mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.

Azərbaycanda 3G xidmətlərinin kütləviləşməsi ölkənin simsiz rabitə, daha dəqiq desək, mobil internet bazarının inkişafında növbəti mərhələnin başlamasına təkan verəcək. Bugün istifadəçilərin çoxu internetə portativ qurğular vasitəsilə daxil olmağa üstünlük verirlər. Bazara yeni və daha yaxşı xidmətlər təqdim olunduqca mobil internetdən istifadə yüksək sürətlə artır. Bakcell 3G xidmətlərinin kütləvi şəkildə tətbiqinə başlanmasının ölkədə İKT sektorunun inkişafına təkan verəcəyinə, bu sahədə rəqabəti artıracağına və yerli bazarın daha da inkişafına nail olunacağına inanır.

Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, 3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq. Onun sözlərinə görə, son vaxtlar internet xidmətləri yüksək sürətlə inkişaf edir. İnsanlar internetə olan ehtiyaclarını daha çox mobil telefonlarından istifadə etməklə reallaşdırır. Bu baxımdan, bazarın tələbatı aşkardır və biz 3G-nin tətbiqi ilə interneti daha rahat formada insanların gündəlik həyatına gətirmək niyyətindəyik. Bakcell artıq ən populyar internet proqramları  olan facebook və twitter-də təmsil olunur. Bizim məqsədimiz yüksək sürətli 3G mobil internet xidmətimiz sayəsində müştərilərimizin bu kimi proqramlardan və YouTube  kimi populyar xidmətlərdən istifadə təcrübəsini daha da təkmilləşdirməkdir ”, deyə baş icraçı direktor vurğulayıb.      

Bakcell-in  məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.