Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell bütün ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkə ərazisində elektrik enerjisinin təchizatı ilə bağlı yaranmış çətinliklər zamanı mobil rabitə xidmətlərinin dayanıqlığını maksimum şəkildə təmin edib.

“Abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etmək üçün bu günlər ərzində xüsusi rejimdə çalışmışıq. Ən son texnologiya ilə təchiz olunmuş Bakcell şəbəkəsinin texniki imkanları sayəsində dayanıqlı səs və internet xidmətlərini təmin etməyə nail olmuşuq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.    

”İyulun 2-dən 3-nə keçən gecə Bakcell şəbəkəsi və şirkətin bütün müvafiq strukturları dərhal gücləndirilmiş iş rejiminə keçirilib. Mobil xidmətlərin kəsintisiz fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin paytaxtında və elektrik enerjisinin təchizatı ilə bağlı çətinliklər müşahidə olunan digər bölgələrində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələrin qarşısının alınması məqsədilə şirkət tərəfindən çoxlu sayda əlavə enerji qurğusu, yüzlərlə stasionar və portativ generator işə salınıb. Həmçinin, “Bakcell”in müvafiq partnyorları və podratçı şirkətləri tərəfindən prosesə əlavə işçi qüvvəsi cəlb olunub.

Bakcell şirkətinin texniki personalı gücləndirilmiş rejimdə fəaliyyət göstərərək 24 saat ərzində mobil şəbəkəyə nəzarət edir və xidmət keyfiyyətinin monitorinqini həyata keçirir. Nəticədə, ucqar ərazilər daxil olmaqla ölkənin bütün bölgələrində “Bakcell”in mobil baza stansiyaların fasiləsiz işi təmin olunur.

Xidmət keyfiyyətinin ölçülməsi və abunəçilərin bütün sual və müraciətlərin dərhal cavablandırıması üçün “Bakcell”in məlumat mərkəzi və sosial media kanalları da həmçinin 24 saat ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Bakcell şirkəti şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəlmiş tədbirləri davam etdirəcək. 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.