Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, təklif etdiyi xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu fəaliyyətin davamı olaraq Cəlilabadın mərkəzində, Qurtuluş küçəsi 70 ünvanında tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzi (BakcellİM) istifadəyə verilib.

Tam yeni konsepsiya əsasında qurulmuş müasir Satış və Müştəri Xidməti mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Cəlilabad sakinləri yenilənmiş satış və xidmət mərkəzində “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.

““Bakcell”in innovativ və ən müasir məhsul və xidmətlərini Bakı sakinləri ilə yanaşı Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərə daha əlçatan etmək üçün çalışırıq. Bu regionlar sırasında Cəlilabad xüsusi yerə malikdir və burada şirkətimizin fəaliyyətinin genişləndirilməsi üçün biz əlimizdən gələni edirik”, deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə  həm mobil rabitə şəbəkəsini, həm də  müştəri xidməti və satış şəbəkələrini genişləndirir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.